Heç bir ciddi tədbirlər görülməzsə...

16:08 05-06-2024 | icon 487 | İqtisadiyyat
Heç bir ciddi tədbirlər görülməzsə...

Könül İsmayılova: “İqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır”

 

“Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. İdxaldan asılı olan ölkələr, əlbəttə ki, ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr axtarır. Onlar Azərbaycanın simasında məhz bunu əldə edirlər”.

 

Versus.Az xəbər verir ki, bunu Prezident İlham Əliyevin 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimindəki çıxışı ilə bağlı açıqlamasında Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova bildirib.

 

Bakı Enerji Həftəsini yüksək dəyərləndirən Könül İsmayılova qeyd edib ki, Xəzər Neft və Qaz Sərgisi otuz il bundan əvvəl 1994-cü ildə fəaliyyətə başlayaraq, Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayıb:

 

“Otuz il bundan əvvəl Azərbaycan başqa bir ölkə idi. Adambaşına düşən məcburi köçkünlərin sayına görə Azərbaycan bəlkə də dünyada birinci yerdə idi. Hər səkkiz nəfərdən biri məcburi köçkün idi. Belə bir çətin dövrdə Azərbaycan humanitar fəlakətlə üzləşdi. Müstəqilliyimizin ilk illəri böyük bir enerji böhranı ilə müşayiət olundu. Həmin dövrdə elektrik enerjisi və təbii qaz qıtlığı var idi. Nəhayət Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin oktyabrında Prezident seçilməsi ölkənin tarixində yeni səhifə açdı”.

 

Tarixə diqqət çəkən K.İsmayılova bildirdi ki, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bu da ölkənin transformasiyasında dönüş nöqtəsi oldu:

 

“Məhz bunun nəticəsidir ki, BP şirkəti otuz ildir Azərbaycanın strateji tərəfdaşıdır və bundan sonra da ən azından otuz il ərzində strateji tərəfdaşı olacaq. “Əsrin müqaviləsi”-nin ardınca, üç il müddətində “Çıraq” platformasından ilk neft hasil olundu. Qeyd edim ki, bu, neft sahəsinin tarixində çox əlamətdar və rekord bir hadisə idi. Müqavilənin imzalanmasından hasilata qədər cəmi üç il vaxt ötdü və sonra Qara dəniz limanlarına gedən iki boru xətti istismara verildi. Sonra Bakıdan Ceyhana gedən əsas neft ixrac boru kəməri ərsəyə gəldi. Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi sübut etdi və iqtisadiyyatımızın müxtəlif sahələrinə, əlbəttə ki, enerji sektoruna əlavə investisiyalar yatırıldı”.

 

K.İsmayılova BƏƏ-dən olan “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasimini əlamətdar hadisə kimi dəyərləndirdi. Bildirdi ki, bu layihələrin başlanması Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir. Onun sözlərinə görə, bu qazıntı yanacağı uzun illər ərzində təkcə bizim üçün yox, həm də tərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb edəcək.

 

 

Xanım siyasətçi vurğuladı ki, Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialı var:

 

“Cənab Prezidentin də söylədiyi kimi Azərbaycanı neft və qaz ehtiyatlarına sahib olduğu üşün heç kəs günahlandıra bilməz. Bunu bizə Allah yetirib. Bizim işimizə bu ehtiyatların mövcudluğu əsasında deyil, onlardan hansı şəkildə istifadə etdiyimizə görə qiymət verilməlidir.

Xəzər dənizini qidalandıran əsas mənbələr Azərbaycanda deyil. Azərbaycanda iqlim dəyişikliyi Xəzər dənizinin sahilinə nəzər salarkən görünür. İldən-ilə biz dənizin geri çəkildiyinin şahidi oluruq və bunun səbəbi iqlim dəyişikliyi və insanların qeyri-rasional fəaliyyətidir. Çünki Xəzər dənizini qidalandıran mənbə çaylar sərhədlərimizin hüdudları kənarındadır. Heç bir ciddi tədbirlər görülməzsə, böyük bir fəlakətlə üzləşəcəyik. Ümumiyyətlə, iqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır”.

 

PƏRİ
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK