Fuad Musayev 1 iyun-da Almaniyanın Hannover şəhərində

12:29 06-06-2024 | icon 299 | Mədəniyyət
Fuad Musayev 1 iyun-da Almaniyanın Hannover şəhərində

"28 may Müstəqillik Günü" münasibətilə Almaniyanın Hannover şəhərində Bakı Alman Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə konsert proqramı baş tutub.

 

Versus.Az xəbər verir ki, musiqili gecədə silsilə konsertləri ilə hər zaman tamaşaçının zövqünü oxşayan Fuad Musayev dillər əzbəri olan mahnıları qürbətdə yaşayan həmyerlilərimiz üçün səsləndirib.



Onun ifaları və səhnə şousu Almaniyada yaşayan həmyerlilərimiz tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb.



Gecədə müğənni Samira Rəcəbli (Jazzy) də səhnə alıb.



Səfərdən təəssüratlarını bölüşən Fuad Musayev açıqlamasında " Vətəndən kilometrlərcə uzaqda milli musiqilərimizi orada yaşayan həmyerlilərimiz üçün səsləndirdik. Yaşadığımız qürur və sevinc hissi ilə vətənə döndük. Bu konsert həm məsuliyyət, həm böyük sevgi, həm də vətən həsrəti ilə ərsəyə gəldi. Orada yaşayan işgüzar azərbaycanlı xanımların böyük əziyyətinin nəticəsində baş tutan bu gecə üçün hər kəsə təşəkkürümü bildirirəm" sözlərini söyləyib.


Qeyd edək ki, Hannover şəhərində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibtilə keçiriləcək növbəti konsert proqramında Xalq artisti Eyyub Yaqubov və Fuad Musayev birlikdə səhnə alacaq.

Konsertən olan görüntüləri təqdim edirik:

 

 

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Rusiyada helikopter QƏZASI

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK