Şəhidimizin nəşinin qalıqları Gəncədə dəfn olundu

13:45 06-06-2024 | icon 312 | Şəhidlər və şahidlər
Şəhidimizin nəşinin qalıqları Gəncədə dəfn olundu

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan və kimliyi müəyyənləşdirilən Abbasov Ədalət Vilayət oğlunun meyitinin qalıqları Daşkəsən rayonuna gətirilib.

 

Versus.az xəbər verir ki, şəhid Abbasov Ədalət Vilayət oğlunun nəşi Daşkəsəndə izdihamla qarşılanaraq, ailəsinin yaşadığı Xoşbulaq kəndinə aparılıb. Şəhidin ailəsinin yaşadığı evdə cənazə namazı qılınıb, dualar oxunub.

 

Sonra şəhidin nəşi Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb.

 

Şəhidin vida mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, müharibə veteranları və rayon sakinləri iştirak ediblər.

 

Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb.

 

Qeyd edək ki, şəhid Abbasov Ədalət Vilayət oğlu 1992-ci ildə Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüş sayılırdı. Onun Tərtərin Şəhidlər xiyabanında torpağa tapşırıldığı müəyyənləşib və nəşinin qalıqları ekshumasiya olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Həmin o “əsas müxalifət” hələ də düşmən dəyirmanına sü tökür”

Yeni müharibə ocağının alovlanmasının qarşısı alınmasa…

Xalq artisti Mobil Əhmədovun xatirəsi anılıb

Kremldən ABŞ-yə ÇAĞIRIŞ

"Formula-2" yarışına start verildi

AFFA-nın İcraiyyə Komitəsi toplaşır

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Yeni tələbələrin NƏZƏRİNƏ

"O, şorgöz kişi, mən də onun sevdiyi qızın zırpı qardaşı idim"

Azərbaycanın bəzi ərazilərinə QAR YAĞIB

SOCAR-ın yaranma günüdür

“Formula-1″lə əlaqədar sürücülərə MÜRACİƏT

Yeni Günəşlidə sakinlər şikayətçidirlər

Türkiyədə nəhəng çuxur aşkarlandı

VI tura bir oyunla start veriləcək