Rusiya, Çin və İrandan birgə NÜVƏ BƏYANATI

05:58 07-06-2024 | icon 197 | Dünya
Rusiya, Çin və İrandan birgə NÜVƏ BƏYANATI

Moskva, Pekin və Tehran hesab edirlər ki, İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) müddəaları hələdə qüvvədədir.

 

Versus.Az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Rəhbərlər Şurasının sessiyasında yayılmış üç ölkənin birgə bəyanatında deyilir.

 

“İran İslam Respublikası, Çin Xalq Respublikası və Rusiya Federasiyası bu fikirdədir ki, BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsində nəzərdə tutulduğu kimi, JCPOA-nın müddəaları hələ də tətbiq olunmağa davam edir”, – sənəddə deyilir.

 

Bəyanatda xatırladılıb ki, BMT baş katibinin müavininin məktubuna əsasən, BMT Təhlükəsizlik Şurasının rəsmi saytından daha əvvəl məhdudlaşdırıcı tədbirlərə məruz qalan 23 şəxsin və 61 strukturun siyahısı çıxarılıb.

 

“Lakin JCPOA-nın avropalı iştirakçıları və onlarla birlikdə bəzi digər ölkələr BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozaraq milli səviyyədə bu məhdudiyyətləri saxlayırlar”, – birgə bəyanatda deyilir.

 

Qeyd edək ki, JCPOA 2015-ci ildə BMT Təhlükəsizlik Şurasının Daimi Beşliyi və Almaniya tərəfindən nüvə inkişafı ilə bağlı böhranı aradan qaldırmaq üçün İranla imzalanıb. Sənəd Tehranın nüvə fəaliyyətlərini məhdudlaşdırmaq öhdəliyi müqabilində sanksiyaların mərhələli şəkildə ləğvini nəzərdə tutub. ABŞ-nin sabiq prezidenti Donald Tramp 2018-ci ildə bu sazişdən çıxmaq qərarına gəlib. /oxu.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK