"Enerji sahəsində ən vacib məqamlardan biri innovativ dəyişikliklərdir"

14:13 07-06-2024 | icon 385 | İqtisadiyyat
"Enerji sahəsində ən vacib məqamlardan biri innovativ dəyişikliklərdir"

Vüqar Bayramov: “Bu form yeni texnologiyanın, innovasiyanın təqdim edilməsinə imkanlar yaradır”

 


“Bakı Enerji Həftəsi regional, qlobal əhəmiyyət daşıyır. Bu Azərbaycanın potensialı ilə yanaşı, gücünü göstərən əsas faktorlardan biridir”.

 

Versus.Az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Bakı Enerji Həftəsi ilə bağlı açıqlamasında bildirib.

 

V.Bayramov qeyd edib ki, Bakı Enerji Həftəsi yalnız Azərbaycanın enerji potensialının təqdim olunması baxımıdan deyil, eyni zamanda bu sahədə əməkdaşlığın gücləndirilməsi aspektindən də çox vacibdir:

 

“Tədbirə dünyanın aparıcı şirlətlərinin əməkdaşları, fərqli dövlət, hökumət rəsmiləri, beyin mərkəzinin əməkdaşları gəlir və bu, qlobal enerji mənbələrinin müzakirəsinə imkan yaradır. Bu da nəticə etibarilə enerji sagəsində hökumət, dövlət, özəl əməkdaşlığının gücləndirilməsi, yeni ideyaların müzakirə olunması və bu sahədə daha real addımların atılmasına gətirib çıxarır”.

 

Deputat hesab edir ki, bu tədbir həm də innovasiya və texnoplogiyaların təqdimatı baxımdan vacibdir. Çünki bu gün enerji sahəsində ən vacib məqamlardan biri innovativ dəyişikliklərdir:

 

“Bakıda keçirilən bu form yeni texnologiyanın, innovasiyanın şirkətlər tərəfindən təqdim edilməsinə, bu sahədə 4-cü sənaye inqilabının müsbət nəticələrinə imkanlar yaradır”.

 

SEVDA
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Rusiyada helikopter QƏZASI

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK