Azərbaycan və Ermənistan əsgərləri BİRLİKDƏ...

12:12 10-06-2024 | icon 154 | Siyasət
Azərbaycan və Ermənistan əsgərləri BİRLİKDƏ...

Sahil Kərimli: "Dünyanın bir çox ölkələri bu dəhlizdən istifadə edəcək”

 

Son vaxtlar Ermənistanda dərinləşən etirazların səbəblərindən biri də noyabr ayına qədər Azərbaycanla çərçivə sazişinin imzalanması ehtimalıdır. Hətta bunun ardınca Zəngəzur dəhlizinin açılacağı da ehtimal edilir. Regiona sülhün gəlməsi revanşistləri və havadarlarını narahat etdiyi üçün onlar qısa zamanda Ermənistanda hakimiyyət dəyişikliyinə çalışırlar.

 

Bəs erməni müxalifəti istəyinə çatmasa, yəni Paşinyan hakimiyyəti iqtidarda qalsa, bu il sülh imzalana bilərmi?

 

Politoloq Sahil Kərimli deyib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində müsbət irəliləyişlər var:

 

“Rəsmi Bakının konkret mövqeyi – Prezident İlham Əliyevin qətiyyətli bəyanatından aydın olur ki, sülh müqaviləsinin imzalanmasının əsas şərtlərindən biri də Ermənistan konstitusiyasında dəyişikliyin olmasıdır. Yəni ölkəmizə qarşı ərazi iddialarından əl çəkilməlidir. Yalnız bu halda iki ölkə arasında sülh müqaviləsi imzalana bilər. Ermənistanın bu bəyanatlardan dərs çıxaracağı və yaxın günlərdə referendum keçirəcəyi gözlənilir”.

 

Politoloqun sözlərinə görə, sülh müqaviləsi imzalandıqdan sonra Zəngəzur dəhlizi açılacaq və bu ərazidə təhlükəsizliyi Bakı ilə İrəvan birlikdə təmin etməlidirlər:

 

“Bu dəhlizin təhlükəsizliyini isə Ermənistan təkbaşına üzərinə götürə bilməz. İrəvanın buna nə resursu, nə də imkanları var. Uzun illər Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən Ermənistanın dəhlizin təhlükəsizliyinə zəmanət verməsi mümkün deyil. Bu prosesdə Azərbaycan da iştirak etməlidir. Dəhliz təhlükəsiz və tam zəmanət halında olmalıdır. Çünki dünyanın bir çox ölkələri bundan istifadə edəcək”. /globalinfo.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK