"Mənim üçün seçki dairələrinin heç bir fərqi yoxdur"

12:23 10-06-2024 | icon 187 | Siyasət
"Mənim üçün seçki dairələrinin heç bir fərqi yoxdur"

Hafiz Hacıyev: "Seçkilərdə Xankəndidən namizədliyimi verə bilərəm"

 

Müasir Müsavat Partiyası parlament seçkilərinə hazırlaşır.

 

Versus.Az xəbər verir ki, bu barədə açıqlamasında partiyanın sədri Hafiz Hacıyev məlumat verib.

 

O qeyd edib ki, partiya ilboyu seçkiyə hazırlaşmalı, seçiciləri ilə görüşməli, hansı dairədə zəifliklər varsa onu müəyyənləşdirməli, təbliğat-təşviqat işlərini aparmalıdır:

 

"Kifayət qədər təcrübəsi olan partiyayıq. Üzvlərimizin əksəriyyəti parlamentə namizəd olub. Ona görə də həmişə seçkilərə ciddi yanaşmışıq. Artıq seçki qərargahımız yaranıb. Düşünürük ki, bütün regionlarda partiyanın namizədləri iştirak edəcək. Adları hələ açıqlamaq istəmirik. Düşünürəm ki, dairələrin 50-60 faizində biz namizədlərimizi irəli sürək. Partiyamızda kifayət qədər ləyaqətli, təcrübəli, dövlət qulluğunda çalışanlar da var. Seçkilərə çox böyük önəm veririk. Demokratik seçkidə iştirak etməyin özü böyük məsuliyyət tələb edir. Dövlətimizin, xalqımızın gələcəyi naminə seçkilərdə iştirak edib, qələbə qazanmalıyıq. Parlamentdə təmsil olunacaq qədər namizədlərimiz var. Onlar hansı regionda və seçki dairəsində olur-olsun orada qalib gələcək".

 

Hafiz Hacıyev özünün namizədliyi məsələsinə də aydınlıq gətirib:

 

"Mən 4 dəfə prezidentliyə namizəd olmuşam. Partiyanın Ali Siyasi Şurası - İdarə Heyəti hələlik bu qərara gəlib ki, seçkidə mən də iştirak edim. Zamanı çatanda bu barədə qəti qərar verəcəyik. Azərbaycan xalqı məni tanıyır. Mənim üçün seçki dairələrinin heç bir fərqi yoxdur. Prezident seçkilərində iştirak edən və xeyli say toplayan şəxs kimi hansı dairədən namizəd olmağın fərqi yoxdur. Azərbaycanın hansı guşəsindən olur-olsun, namizədliyimi verib qalib gələ bilərəm. İşğaldan azad olunmuş ərazilərimizdən, məsələn Xankəndidən namizədliyimi verə bilərəm. Azərbaycanın hər bir qarışı mənim üçün əzizdir. Hazırki komandamızla böyük qələbə qazanmaq olar". /modern.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK