"Yaşıl enerji sahəsində tutduğumuz kurs dünya üçün də mühüm töhfələr verəcək"

12:30 10-06-2024 | icon 171 | Siyasət
"Yaşıl enerji sahəsində tutduğumuz kurs dünya üçün də mühüm töhfələr verəcək"

Cavanşir Paşazadə: “Ölkəmiz qeyri-neft-yaşıl enerji sahəsində də mühüm addımlar atmağı hədəfləyir”

 


“Neft-qaz, eləcə də iqtisadiyyatımızın digər sahələrində, eləcə də beynəlxalq müstəvidə tanıdılmağımız hələ ulu öndər Heydər Əliyev tərəfindən, müstəqillik dövründən sonra başlamışdı. O dövrlərdə ulu öndər Azərbaycan dövləti və xalqının iqtisadi gücünü qarantiyaya alan, “Əsrin Müqaviləsi”nin bağlanmasına nail oldu”.

 

Bunu Versus.az-a deputat Cavanşir Paşazadə Bakı Enerji Həftəsi, eləcə də digər beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycanın dünya arenasında güclənn nüfuzu ilə bağlı açıqlamasında bildirib.

 

Deputat qeyd edib ki, 30 il müddətində torpaqlarımız işğal altında qaldığı zaman iqtisadiyyatımızın məhz neft sənayesi üzərindən inkişaf etdirilməsinə diqqət çəkir. Onun sözlərinə görə, artıq dövrün tələblərinə görə ölkəmiz qeyri-neft -yaşıl enerji sahəsində də mühüm addımlar atmağı hədəfləyir.


C.Paşazadə 30 il müddətində neft sahəsində əldə edilən gəlirlərin, hərbi sektorun güclənməsi və 44 günlük müharibədə torpaqlarımızın azad olunmasında mühüm rol oynadığını deyib. Deputat Azərbaycanın yaşıl enerji sahəsində tutduğu kurs və bu yöndə Avropaya verdiyi mesajların dövlətimiz, region, eləcə də dünya üçün mühüm töhfələr verəcəyini istisna etməyib.

 

Prezidentin də söylədiyi kimi, yaşıl enerji layihələrinin inkişaf etdirilmısi Azərbaycanın qeyri-neft sahəsi üzrə dünyaya çıxmasına güc qatacaq.

 

TAHİRƏ
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK