AP-dəki seçkinin nəticəsi qitəni SİLKƏLƏDİ

14:55 10-06-2024 | icon 171 | Siyasət
AP-dəki seçkinin nəticəsi qitəni SİLKƏLƏDİ

Avropa Parlamentində keçirilən seçkinin nəticələri qitədə şok effekti yaradıb.

 

Builki seçkidə sağ partiyalar əhəmiyyətli nəticələr əldə ediblər. Bu da öz növbəsində bir sıra ölkələrdə hakim komandaları çətin vəziyyətə salıb. Xüsusilə, Fransa və Almaniya iqtidarları üçün nəticələr gözlənilməz olub. Fransa prezidenti Emmanuel Makron bununla əlaqədar olaraq təcili parlamentin aşağı palatasını buraxıb və seçki elan edib.

 

AP-də keçirilən seçkinin nəticələrinə əsasən, ən böyük üstünlüyü sağ mərkəzçi Avropa Xalq Partiyası qazanıb. Partiya 720 yerlik parlamentdə 189 mandat qazanıb. Bu, 2019-dakı seçkidəki nəticədən 13 mandat çoxdur.

 

Sosial demokratlar isə yenə ikinci yeri tutsalar da, 4 yer itiriblər. Partiyanın hazırda 135 mandatı var. Liberalların ittifaqı sayılan “Avropanı Yenilə Partiyası” da səs itirib. Onların itkisi 19 mandat olub və üçüncü yerdədir.

 

Bununla belə, AP-də üstünlük üçün 361 deputata ehtiyac var. Bunu böyük partiyaların necə yaradacağı, kimlərlə ittifaqa gedəcəyi hələlik bəlli deyil.

 

Sağ populist partiyaların nəticələri isə əhəmiyyətli dərəcədə artıb. Bununla belə, onlar Brüsselin idarəçiliyinin güclənməsini istəyən mərkəzçilərin sayını keçmirlər.

 

Makron və Şoltsa zərbə

 

Son seçkinin nəticəsi isə ən böyük zərbəni Almaniya və Fransa iqtidarlarına vurub. Makronun partiyası nəticələrə görə ikinci yeri tutduğu halda, Şoltsun partiyası 3-cü yerdə qərarlaşıb.

 

Belə ki, Almaniyadakı nəticələrə əsasən, ilk yerdə Merkelin partiyası sayılan Xristian Demokratlar, ikinci yerdə isə sağ-populist Almaniya üçün Alternativ Partiyası qərarlaşıb. Almaniyanın AP-də ən çox deputat sayı (96) olduğu nəzərə alınarsa, bu, Şolts üçün gözlənilməz olub.

 

Fransanın isə parlamentdə 81 yeri var. Makron üçün ən pis xəbər isə onun partiyasının ən böyük rəqibi sayılan sağçı Milli İttifaq Partiyasına uduzmasıdır. Marin Le Penin partiyasının nəticələri Makronun siyasi qüvvəsindən ən azı iki dəfə çox olub.

 

Ən pis nəticə

Seçkinin ilkin nəticələrinə görə, ən ağır itkiyə Yaşıllar məruz qalıb. Belə ki, Yaşıllar bu il AP-də 29 yer itirərək, 53 manat sahibləniblər. 2019-da onların mandatı 72 idi.

 

Digər partiyaların göstəriciləri aşağıdakı kimidir:

 

Avropa Konservatorları və Reformatorları Fraksiyası – 72

Sağ millətçilərin İdentiklik və Demokratiya Fraksiyası – 58

Fraksiyasız deputatlar – 95.

 

 

Ə.Xəlil

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK