Sabiq deputatın ev dustaqlığı ilə bağlı QƏRAR

19:06 10-06-2024 | icon 163 | Cəmiyyət
Sabiq deputatın ev dustaqlığı ilə bağlı QƏRAR

Hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Versus.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Aqil Layıc müvəkkilinin həbsdə qalmasına heç bir əsas olmadığını deyib.

 

O, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasınl istəyib:

 

“Yaşayış yeri məlumdur. Onun cinayət törətdiyini təsdiqləyən heç bir sübut yoxdur”.

 

Nazim Bəydəmirli müdafiəçisinin vəsatətini dəstəkləyərək təmin edilməsini istəyib. O, səhhətində də problemlər olduğunu məhkəmənin diqqətinə çatdırıb:

 

“Bir yalnış məlumat üzərindən heç bir cinayət işlətmədən həbs olunmuşam. Mən heç bir cinayət törətməmişəm. Məhkəmənin sonuna qədər şahidləri dindirəcəksiniz. Övladlarım narahat olmasın deyə səhhətimlə bağlı problemləri ictimaiyyətə açıqlamaq istəmirəm. Oğlum bu gün Amerikaya yola düşür. Koç universitetinin doktorantı idi. İmtahan yolu ilə Amerikada dövlət təhlükəsizliyi ilə məşğul olan qurumlardan birində işə düzəlib. Ona demişəm ki, harada işləyindən asılı olmayaraq, Azərbaycan xalqının mənafeyini yüksək tut”.

 

Nazim Bəydəmirli ona qarşı qara piar aparıldığını və buna görə həbs olunduğunu deyib:

 

“Mənə imkan yaradılsın, səhhətimi bərpa edim”.

 

Məhkəmə vəsatəti təmin etməyib. Nazim Bəydəmirli barəsində həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.

 

Növbəti prosesi iyulun 29-da davam edəcək. /Teleqraf.com/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK