“Türk dünyası birlik, qardaşlıq nümayiş etdirir”

12:00 11-06-2024 | icon 192 | Siyasət
“Türk dünyası birlik, qardaşlıq nümayiş etdirir”

Kamilə Əliyeva: "Türk dövlətləri ilə əlaqələrin qurulması bunun ən bariz nümunəsidir"

 

“Bu gün Türk Dövlətləri Təşkilatının (TDT) dünyada nüfuzlu bir təşkilata çevrilməkdədir. Təşkilata üzv və müşahidəçi dövlətlərin parlamentləri arasında da ikitərəfli və çoxtərəfli əlaqələr sürətlə inkişaf etdirilir. Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Türk Dövlətləri Parlament Assambleyası - TÜRKPA ölkələrimiz arasında dostluq, qardaşlıq əlaqələrinin gücləndirilməsinə böyük təkan verir”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı, professor Kamilə Əliyeva bildirib.

 

Deputat Prezident İlham Əliyevin Türk dünyasının birləşməsinə hər zaman böyük səy göstərdiyini, Türk Dövlətləri Təşkilatının yaradılmasında böyük əməyinin olduğunu qeyd edib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin "Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur" fikirləri Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir.

 

K.Əliyeva eyni zamanda bildirib ki, Türk dünyası birliyinin gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrin qurulması bunun ən bariz nümunəsidir:

 

“Cənab İlham Əliyev TÜRKPAnın növbəti plenar iclasının iştirakçılarını qəbul etdi və çıxışında Türk dünyasının birləşməsinin tarixi bir hadisə olduğunu və Azərbaycanın Türk dünyasının birliyinə, bütün sahələrdə əlaqələrin güclənməsinə böyük önəm verdiyini vurğuladı. TÜRKPA beynəlxalq təşkilatlarda vahid bir mövqedən çıxış edərək Türk dünyasının birliyinin möhkəm təməllər üzərində qurulduğunu nümayiş etdirir. Ölkə başçımız TDTnin Zirvə görüşlərinin tez-tez keçirilməsinin əlaqələrimizin gücləndirilməsinə böyük təkan olacağını da vurğuladı”.

 

K.Əliyeva qeyd edib ki, müasir dünyada mövcud geosiyasi vəziyyət, ümumiyyətlə dünyada siyasi proseslərin sürətli inkişafı həqiqətən də Türk dünyasının birliyinin gücləndirilməsini, və Zirvə görüşlərinin tez-tez keçirilməsini labüd edir:

 

“Bir neçə gündən sonra Şuşada təşkil olunacaq TDTnin qeyri-rəsmi Zirvə görüşü də çox əhəmiyyətli olacaq. Görüşün mövzusunun nəqliyyat və iqlim məsələləri olması təbiidir. Türk dövlətləri arasında nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi çox aktual məsələdir. Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlər arasında nəqliyyat əlaqələrinin gücləndirilməsi Orta Dəhlizin potensialını daha da artıracaq. Azərbaycanın COP-29 konfransına ev sahibliyi etməsi və tədbirə hazırlıq ərəfəsində dost və qardaş dövlətlərlə bu məsələnin müzakirəsi böyük töhfələr verəcək”.

 

Deputat Azərbaycanın öz torpaqlarını işğaldan azad edib, suverenliyini, ərazi bütövlüyünü bərpa etməsinin Türk dövlətləri tərəfindən böyük sevinclə qarşılandığını vurğulayıb. Onun sözlərinə görə, ərazilərimizin yenidən qurulmasında Türkiyə şirkətləri çox yaxından iştirak edir. Xüsusi ilə nəqliyyat infrastrukturunun yenidən qurulmasında Türkiyə şirkətləri böyük layihələrlə çıxış edir:

 

“İşğaldan azad edilmiş torpaqlarda Özbəkistan və Qazaxıstan dövlətləri tərəfindən məktəbi və incəsənət mərkəzi inşa edilərək Azərbaycana hədiyyə edilib. Qırğızıstan Ağdam rayonunda, Macarıstan isə Cəbrayılda öz vəsaitləri hesabına məktəb inşa etdirəcək. İşğaldan azad edilmiş ərazilərdə Türk dünyası birlik, qardaşlıq nümayiş etdirir.Türk dövlətləri coğrafi cəhətdən böyük bir ərazini əhatə edir və böyük potensiala malikdir. Digər tərəfdən dövlətlərimizin ərazisində zəngin təbii sərvətlər var və demoqrafik vəziyyət çox müsbətdir. Bütün bu potensialların birləşməsi dünya miqyasında Türk dünyasını böyük gücə çevirəcək”.

 

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Rusiyada helikopter QƏZASI

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK