Bu valideynlər HƏBS OLUNACAQLAR

14:50 11-06-2024 | icon 220 | Cəmiyyət
Bu valideynlər HƏBS OLUNACAQLAR

Azərbaycanda 16 yaşına çatmayan övladının evliliyini təşkil edən valideynlər iki ilədək həbs olunacaq.

 

Versus.az xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə yeni 176-2-ci maddə (On altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkili) əlavə edilir. 

 

Yeni maddəyə əsasən, on altı yaşına çatmayan şəxsin erkən evliliyinin həmin şəxsin və ya erkən evliliyə daxil olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmamış şəxslə nikaha daxil olan yetkinlik yaşına çatmış şəxs tərəfindən təşkil edilməsinə görə 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

 

Bu maddədə nəzərdə tutulmuş cinayətə görə məsuliyyət yetkinlik yaşına çatmamış şəxslə nikaha daxil olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə həmin şəxslə zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqda yaranır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Həmin o “əsas müxalifət” hələ də düşmən dəyirmanına sü tökür”

Prezidentdən mühüm MESAJLAR

Paralimpiyaçımız FİNALDA

Növbəti köç karvanı Şuşaya çatıb

Ətin qiyməti QALXDI

AYNA-nın Təlim Mərkəzindən ŞİKAYƏT

Dəmrov xəstəliyinin növləri və MÜALİCƏSİ

"Azərbaycan Avropa ilə əlaqələrini genişləndirməkdə davam edir"

Yeni müharibə ocağının alovlanmasının qarşısı alınmasa…

Marsın suyu niyə quruyur?

Nəbi Xəzrinin 100 illiyi qeyd ediləcək

Güclü külək XƏBƏRDARLIĞI

Avtomobillərini bu yerdə qanunsuz park edənlər CƏRİMƏLƏNƏCƏKLƏR

Qadın maşını sındırdı, kişi evi yandırdı

Görün Hafiz Hacıyevin seçkiyə verdiyi qiymət nədir