Bu ölkələrə mesaj VERİLDİ

20:13 12-06-2024 | icon 568 | Gündəm
Bu ölkələrə mesaj VERİLDİ

Azərbaycan-İran hərbi təlimlərinin əsas hədəfi....

 

2024-cü ilin hazırlıq planına uyğun olaraq, iyunun 12-də Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasında dislokasiya olunan bölmələri ilə taktiki təlim keçiriləcək.

 

Azərbaycanla İran arasında əldə olunmuş razılaşma əsasında İran İslam Respublikasının ordusunun müvafiq qüvvə və vasitələrinin cəlb edilməsi ilə eyni vaxtda qonşu dövlətin ərazisində də taktiki təlim keçiriləcək.

 

Hər iki ölkədə keçiriləcək təlimlərdə strateji obyektlərin və kommunikasiya xətlərinin mümkün təxribat-diversiya fəaliyyətlərindən mühafizəsi üzrə müxtəlif tapşırıqlar koordinasiyalı şəkildə yerinə yetiriləcək.

 

Tehranla Bakı arasında son 3 ildə yaranmış soyuq siyasi-diplomatik münasibətlər fonunda bu təlimlər xüsusi diqqət çəkir. Bəs görəsən, bu məsələ nəyə hesablanıb? Azərbaycanla İran hansısa ünvanlara mesaj verir, yoxsa münasibətlərin qaydaya salınması istiqamətində addım atırlar?

 

Politoloq Cümşüd Nuriyev mövzunun detallarını şərh edib. Deyib ki, bu addım Ermənistana və Fransaya bir mesajdır:

 

“Çünki Ermənistan bölgəyə Avropa missiyasını gətirdi və sərhədə yerləşdirdi. Ən çox da Azərbaycanla sərhəddə bu qüvvələr çoxluq təşkil edir. Onlar hər biri agent şəbəkəsidir və özlərinə sərf edən materialları yığırlar. Birgə təlimlərin keçirilməsi indiki məqamda Azərbaycan üçün bir neçə məqamda sərfəlidir. Birincisi, İranla bölgədə münasibətlərin kəskinləşməsi istiqamətində atılan addımların qarşısı alınır. Artıq bu mesaj dayandırıldı. İkincisi, Rəisi qəzaya uğradıqdan sonra erməni xislətlilər guya bu məsələdə Azərbaycanın əli olduğunu iddia etmək istədilər. Ancaq sonradan anlaşıldı ki, belə çirkin əməllərlə Ermənistan məşğul olur. Üçüncüsü, Azərbaycan və İran torpaqlarında dili, dini eyni olan adamlar yaşayır. Birgə hərbi təlim etibarın, sədaqətin bir göstəricisi olacaq.

Qarşılıqlı formada fəaliyyət müəyyən təcrübələrin toplanması baxımından da önəmlidir. Bütün bu sadaladıqlarımızı nəzərə alsaq, qərar çox düzgündür. Əlavə olaraq İranla hərbi sahədə reallaşan əməkdaşlığımız həm Avropa Birliyinə, həm də ABŞ-a bir mesajdır. Azərbaycan və İranın birgə mesajı odur ki, “bölgədənkənar qüvvələr bura girə bilməz, buranın daxili işlərinə qarışmayın”. /globalinfo.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK