Bu giləmeyvəni yeyənlər xərçəngə TUTULMUR

15:15 13-06-2024 | icon 315 | Sağlamlıq
Bu giləmeyvəni yeyənlər xərçəngə TUTULMUR

Antioksidantla zəngin qidaların xərçəngdən qoruduğunu bilirik. Bir çox qida antioksidant ehtiva edir. Ancaq dünyada ən güclü antioksidant xüsusiyyətlərə malik olan qida açaidir. Medicina.az bu giləmeyvənin faydalarını araşdırıb.

 
 
 
Açainin tərkibində Omeqa 3, Omeqa 6, Omeqa 9, A vitamini, B vitamini, C vitamini, E vitamini, polifenol, fitosterol, antosiyanin, dəmir, kalium, fosfor və kalsium da daxil olmaqla, sağlamlıq üçün faydalı olan bir çox vitamin və minerallar var.
 
 
Tədqiqatlar göstərib ki, açai giləmeyvəsi dünyada ən yüksək antioksidant dərəcəsi olan qidadır. Üstəlik, tərkibində şəkərin az, lifin isə yüksək miqdarda olması bu giləmeyvəni daha qiymətli edir.
 
 
Aparılan araşdırmalar müntəzəm olaraq açai istehlak edən insanların xərçəngə tutulmadığını üzə çıxarıb.
 
 
2014-cü ildə aparılan bir araşdırma açainin ürək hipertrofiyası, fibroz və ürək disfunksiyası kimi xəstəliklərin müalicəsində müsbət nəticələrə gətirib çıxardığını göstərib.
 
 
Heyvanlar üzərində aparılan araşdırmalar isə açainin yaxşı xolesterinin səviyyəsini yüksəltdiyini, pis xolesterolu isə azaltdığını müəyyən edib. Bu giləmeyvədə xolesterolun udulmasına mane olan sterollar var.
 
 
Açai antioksidan xüsusiyyətləri sayəsində hüceyrələrin iltihabının və oksidləşməsinin təsirlərini azaldır; sonrakı yaşlarda görülən yaddaş və öyrənmə problemlərinin qarşısını alır.
 
 
Bu effektiv qidanın beyni xəstə hüceyrələrdən qoruyaraq, daha sürətli və sağlam beyin funksiyalarını təmin etdiyi bildirilir.
 
 
Açai necə istifadə olunmalıdır?
 
Toz halına salınmış açai daha faydalıdır. Çünki onun qida dəyəri daha yüksəkdir. Açai püresi də olduqca təsirlidir.
 
 
Bu giləmeyvədən qida sənayesi dadlandırıcı kimi də istifadə edir.
 
 
Tərkibində açai yağı olan kremlər və müxtəlif məhsullar da tapmaq mümkündür. Çünki açai dəri sağlamlığına da müsbət təsir göstərir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK