Riki Martin ilk dəfə Bakıya gəlir

08:55 27-06-2024 | icon 280 | Şou-biznes
Riki Martin ilk dəfə Bakıya gəlir

Dünyaca məşhur superulduz Riki Martin ilk dəfə Bakıya gəlir.

 

Versus.Az xəbər verir ki, musiqi dünyasınının əfsanəvi sənətçilərindən olan Riki 2 avqustda “Sea Breeze”də tamaşaçıların qarşısına çıxacaq.

 

Sevimli sənətçi pərəstişkarlarına qovuşmaq və Bakıda möhtəşəm Sea Breeze-də ən böyük hitlərini səsləndirmək üçün Azərbaycanda canlı ifa ilə debüt edəcək. O, ölkəmizə 43 nəfərlik komandası ilə təşrif buyuracaq.

 

Biletləri iyunun 28-dən başlayaraq “iticket” platformasından əldə etmək olar.

 

Dünyaca məşhur Puerto-Rikolu sənətçi, ifaçı, aktyor və xeyriyyəçiyə heyran olmağa hazırlaşın!

 

Qeyd edək ki, Riki Martin dünyada satılan 95 milyondan çox albomu və iki Qremmi, dörd Latın Qremmi və çoxsaylı “Billboard” mükafatları daxil olmaqla saysız ödül kolleksiyası ilə əsl musiqi simvoludur. O, hətta Latın Səsyazma Akademiyası tərəfindən ən gənc “İlin Adamı” olmaqla tarix yazıb.

 

Lakin Martinin istedadları musiqi ilə məhdudlaşmır. O, eyni zamanda FX-in “Cianni Versacenin sui-qəsdi: Amerika cinayət hekayəsi” filmindəki roluna görə Emmi mükafatı qazanan bacarıqlı aktyordur.

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...