Bəzi deputatlarla bağlı BƏD XƏBƏR

11:35 27-06-2024 | icon 49 | Siyasət
Bəzi deputatlarla bağlı BƏD XƏBƏR

Qarşıdan gələn növbədənkənar parlament seçkiləri müzakirələrə səbəb olub. İctimaiyyəti daha çox yaşı 70-də yuxarı olan deputatların yenidən seçilib-seçilməyəcəyi düşündürür.

 

Görəsən, ağsaqqallardan kimin yenidən deputat olmaq şansı var, kimin yoxdur?

 

Mövzunu şərh edən politoloq Vəli Əlibəyovun sözlərinə görə, nəzəri baxımdan hər bir Azərbaycan vətəndaşının, o cümlədən, yaşı 70-dən yuxarı olan istənilən şəxsin deputat olmaq şansı var.

 

O deyib ki, Azərbaycan qanunvericiliyində deputatların yaşı ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur:

 

“Hazırda fəaliyyətdə olan deputatlara gəldikdə, onların özlərindən də çox şey asılıdır. Əgər bir insanın səhhəti, fiziki forması, əqli imkanları deputat kimi məsuliyyətli bir vəzifə daşımağa imkan verirsə, o, niyə də yenidən namizədliyini irəli sürməsin? Onların həyat və iş təcrübəsi Azərbaycana lazımdır. Söhbət bu vaxta qədər öz vəzifələrinin məsuliyyətini dərk edən, seçicilərinin ümidlərini doğruldan millət vəkillərində gedir”.

 

Politoloq gənc və yaşlı deputatların işini müqayisə edib:

 

“Təəssüflə qeyd etməliyəm ki, parlamentdə tək 70+ deyil, bu yaşdan qat-qat cavan xeyli deputat var ki, onlar fəaliyyətdə olduğu illər ərzində nə seçicilər, nə də dövlət üçün bir xeyir iş görməyiblər. Bu baxımdan, o şəxslər namizədliklərini yenidən irəli sürsələr belə, seçilmək imkanları olduğca azdır”.

 

70-dən çox yaşı olan deputatların bir qisminin adlarını təqdim edirik: 

Fəzail Ağamalı (77 yaş), Ziyad Səmədzadə (84 yaş), Vahid Əhmədov (77 yaş), Əhliman Əmiraslanov (77 yaş), İsa Həbibbəyli (75 yaş), Aqil Abbas (71 yaş), Eldar İbrahimov (79 yaş), Eldar Quliyev (73 yaş), Asim Mollazadə (71 yaş), Rasim Musabəyov (73 yaş), Elman Məmmədov (74 yaş), Əli Məsimli (71 yaş), Aqiyə Naxçıvanlı (74 yaş), Cavanşir Paşazadə (71 yaş), Anatoliy Rafailov (71 yaş), Sabir Rüstəmxanlı (78 yaş), Tahir Rzayev (74 yaş), Bəxtiyar Sadıqov (73 yaş), Sədaqət Vəliyeva (70 yaş), Mixail Zabelin (78 yaş). /globalinfo.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK