MİQ imtahanlarına buraxılan müəllimlərə XƏBƏRDARLIQ

12:35 27-06-2024 | icon 44 | Təhsil
MİQ imtahanlarına buraxılan müəllimlərə XƏBƏRDARLIQ

Xəbər verdiyimiz kimi, iyulun 2-dən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi başlayır.

 

Elm və Təhsil Nazirliyinin məlumatına görə, test imtahanları 2-10 iyul tarixlərində ölkənin 18 şəhəri olmaqla 39 imtahan mərkəzində təşkil olunacaq.



Test imtahanları ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilirlər.

Versus.az xəbər verir ki, MİQ-ə buraxılan namizədlərə imtahan yerinə vaxtında gəlmələri üçün xəbərdarlıq olunub.



“Qeydiyyat prosesinə gecikən namizədlər imtahan zalına buraxılmayacaq. İmtahana gələrkən aşağıdakı sənədləri özünüzlə gətirməyiniz tələb olunur:


şəxsiyyəti təsdiq edən sənəd (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqəsini);


şəxsi səhifənizdə test imtahanı mərhələsində iştirak edəcəyiniz imtahan tarixi, saatı və məkanının qeyd olunduğu hissədən çıxarış.


Diqqət! Şəxsi səhifədə qeyd olunan imtahan tarixindən əvvəl və ya sonrakı imtahan seanslarında iştirak etmək imkan xaricindədir. Şəxsi səhifədə qeyd olunmuş məkandan fərqli imtahan mərkəzlərində keçirilən imtahanlarda iştirak etmək imkan xaricindədir”, - deyə xəbərdarlıqda vurğulanıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK