"Onun neqativ nəticələrindən özümüzü qorumalıyıq"

12:36 28-06-2024 | icon 57 | Siyasət
"Onun neqativ nəticələrindən özümüzü qorumalıyıq"

Elşad Mirbəşir: "Gözəgörünməz bir qatil də var, mənəvi-əxlaqi aşınma..."

 

“Dünyada müşahidə olunan mənəvi-əxlaqi deqradasiyanın neqativ nəticələrindən özümüzü qorumalıyıq. Bu gün insanlığa qarşı müxtəlif təhlükələrdən danışılır. Lakin gözəgörünməz bir qatil də var. Bu, mənəvi-əxlaqi aşınmadır”.

 

Versus.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Elşad Mirbəşir bildirib.

 

Deputat qeyd edib ki, Azərbaycanda cəmiyyətin mənəvi sağlamlığı məsələsi hər zaman diqqət mərkəzində olub:

 

“Ulu Öndər Heydər Əliyev hər zaman qeyd edirdi ki, var-dövlət ola bilər, zənginlik ola bilər, lakin mənəviyyat olmadan heç bir şey ola bilməz. 44 günlük Vətən müharibəsi də Azərbaycan gəncinin necə yüksək mənəvi-əxlaqi dəyərlərə, patriotizm hissinə malik olduğunu göstərdi. Bu, bizim formalaşdırdığımız çox böyük bir resursdur. Bunu dünyada cərəyan edən mənəvi-əxlaqi aşınmanın neqativ nəticələrindən qorumalıyıq. Bir sıra ölkələrdə dünya səviyyəsində müşahidə olunan mənəvi və əxlaqi aşınmanın neqativ nəticələrindən qorunmaq üçün qanunvericilik səviyyəsində tədbirlərin görülməsi də sözügedən sahədə təhlükənin reallığından xəbər verir. Biz internet əsrində yaşayırıq, informasiya-kommunikasiya texnologiyaları öz inkişafının ən yüksək səviyyəsinə çatıb. Ona görə də informasiya kontentinə nəzarət etmək çətindir. Buna baxmayaraq, sosial şəbəkələrdə bizim mənəvi-əxlaqi dəyərlərimizə zidd olan kontentin qarşısının alınması üçün ciddi əlavə tədbirlərin görülməsi çox vacibdir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK