"Bələdiyyə, icra hakimiyyətləri elə tərzdə olmalıdır ki..."

13:26 28-06-2024 | icon 50 | Siyasət
"Bələdiyyə, icra hakimiyyətləri elə tərzdə olmalıdır ki..."

Razi Nurullayev: “Bələdiyyələr yamaq yox, söz sahibi olmalıdır” 

 

“Bələdiyyələr üzərindən torpaq satan damğasının götürülməsi üçün xeyli əməli işə ehtiyac var. Bələdiyyə institutunun işləməsi üçün vətəndaşların onlara inamı artırılmalıdır. Çünki, sakinlər deyir ki, bələdiyyələrin bacardığı iş torpaq satmaq, icarəyə vermək və satmaq üçün yeni-yeni boş sahələr axtarmaqdır”.

 

Versus.az xəbər verir ki, bunu deputat Razi Nurullayev “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin birirnci oxunuşda müzakirəsində bildirib.

 

Deputat bələdiyyələrlə bağlı narahatlq doğuran əsas üç məqama toxunub. Bildirib ki, birinci məsələ məlum “damğanın” aradan qaldırılması, ikinci məsələ bələdiyyələrin statusunun daha da artırılması və onların yerli inkişafda əsas fiqura çevrilmələri və vətəndaşlar qarşısında birbaşa məsuliyyət daşımalarıdır:

 

“Bələdiyyələr yamaq yox, söz sahibi olmalıdır. Bunun üçün də dediyim ikinci məsələdən irəli gələn əsas iş bələdiyyələrə öyrətmək ki, əlində olan satıb kasıb qalma, əlində olanı özün biznesə çevir və pul qazan. Bunun üçün dövlət nəzarəti və beynəlxalq inkişaf agentliklərinin iştirakı ilə onlara biznes planların hazırlanması və kredit ayrılması təşkil oluna bilər. Çünki, bələdiyyələr öz bilik-bacarıqları və resursları ilə çətin ki, qazanc gətirən biznes qurub əhaliyə xidmət göstərə bilsinlər”.

 

R.Nurullayev nəyə görə şikayətlərin bitməməsinə, narazıların sayının artmasına və nəyə gərə hamının problemlərin həllini Prezident Administrasiyasında və Milli Məclisdə görməsi ilə baölı məsələlərə aydınlıq gətirilmısini zəruri sayıb. Deputat bunun səbəbini yerlərdə problemlərin həllinin zəif olması ilə əlaqələndirib:

 

“Bələdiyyələr deyir vəsaitimiz yoxdur, icra hakimiyyətləri deyir ki, vəsaitimiz azdır. Kifayət qədər vəsait də heç zaman olmayacaq. Varlı ölkələrdə də büdcə vəsaiti heç zaman bəs etmir. Əslində, dövlət və bələdiyyə qurumlarının dövlət büdcəsindən pay umması doğru deyil. Bələdiyyələrin imkanları var, yaxud imkan yaratmaq olar ki, onlar özləri qazanc götürüb yerli inkişafa qoysunlar. Bələdiyyə, icra hakimiyyətləri elə tərzdə olmalıdır ki, yerli səviyyəli problemlər Prezident Administrasiyasına və Milli Məclisə daşınmasın, yerlərdə həll olunsun".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK