Prezidentin xüsusi nümayəndəsi
Daşaltıdan danışdı

13:30 28-06-2024 | icon 305 | Qarabağ
Prezidentin xüsusi nümayəndəsiDaşaltıdan danışdı

"Yaxın günlərdə Daşaltıda özəl evlərin tikintisi başlanılacaq"

 

Yaxın zamanda Şuşa rayonunun Daşaltı kəndində daşınmaz əmlak əldə etmək istəyənlər üçün özəl evlərin tikintisinə başlanacaq.

 

Versus.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə deyib.

 

"Ayrıca qeyd etmək istəyirəm ki, Şuşa şəhərinin yaxınlığında yerləşən Daşaltı kəndində ilkin turizm infrastrukturunun tikintisinə başlanılıb. Həmçinin, investisiya qoymaqda maraqlı olan sahibkarlar üçün torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Tezliklə vətəndaşlar üçün fərdi evlərin sərbəst tikintisi prosesinə başlanılacaq", - o deyib.

 

Qeyd edək ki, tədbirin əsas məqsədi sahibkarlıq subyektlərinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının investisiya imkanlarını və biznes perspektivlərini təqdim etmək, həmçinin, dövlət-özəl tərəfdaşlıq modelini müzakirə etməkdir. Bundan başqa, tədbirdə işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən güzəşt və üstünlüklər, digər dövlət dəstəyi tədbirləri, bu ərazilərin bərpası və iqtisadi reinteqrasiyasında sahibkarların rolu barədə panel müzakirələr təşkil olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK