“Eurovision”da iştirak qaydaları SƏRTLƏŞDİRİLİR

14:07 02-07-2024 | icon 248 | Şou-biznes
“Eurovision”da iştirak qaydaları SƏRTLƏŞDİRİLİR

Malmödə keçirilən “Eurovision” mahnı müsabiqəsinin finalı bu tədbirin bütün tarixində ən qalmaqallı hadisə kimi qaldı. Müsabiqədə iştirak edən bir neçə ölkənin təmsilçiləri diskvalifikasiya ilə üz-üzə qaldılar, niderlandlı müğənni Yostu Klyayn isə tamamilə kənarlaşdırıldı.

 

Versus.Az xəbər verir ki, Avropa Yayım Birliyi bununla bağlı müstəqil araşdırma aparıb və onun nəticələrini yaydığı mətbuat açıqlamasında bəyan edib.

 

Təşkilat müsabiqənin keçirilməsini təkmilləşdirmək üçün üç yeni sahəni – idarəetmə və iştirak, təhlükəsizlik və böhran idarəetməsi, həmçinin geniş auditoriya üçün əlçatanlığı qeyd edib.

 

Başqa sözlərlə desək, müsabiqəyə qatılacaq artistlərə iştirak qaydaları haqqında daha ətraflı məlumat verilməli, onların Avropa Yayım Birliyi ilə kommunikasiyaları dəqiq qurulmalı və böhran vəziyyətlərinin idarə edilməsi üçün komanda yaradılmalı, həmçinin pərəstişkar qrupları, influencerlər və media orqanlarının əməkdaşlığı yaxşılaşdırılmalıdır.

 

Bununla yanaşı, Avropa Yayım Birliyinin yeni direktoru vəzifəsi təsis edilib. Onun vəzifələri sırasında nümayəndə heyətlərinin başçıları ilə əməkdaşlıq da var.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK