Maaş və pensiyalarla bağlı AÇIQLAMA

09:29 03-07-2024 | icon 592 | İqtisadiyyat
Maaş və pensiyalarla bağlı AÇIQLAMA

Ötən həftənin bazar günü verilən qiymət artımı qərarı hələ müzakirə edilir. Bu qərarı müdafiə edənlər, əsaslandıranlarla yanaşı, onu tənqid edənlər də var.

 

İnsanlar son qiymətarımının ərzağı da bahalaşdıracağından narahatdırlar. Hazırda hər kəsi eyni sual düşündürür: bahalaşma fonunda maaş və pensiyalar artırılacaqmı?

 

Mövzu ilə bağlı danışan deputat Aqil Abbas deyib ki, baş verən bahalaşmadan sonra dövlət artıq əhalinin sosial rifahını fikirləşməlidir.

 

Onun fikrincə, bundan sonra maaş və pensiyalar artırıla bilər:

 

“Amma bunu dəqiq deyə bilmərəm. Mənə qalsa, istər maaşlar, istərsə də təqaüdlərdə artım olmalıdır. Çünki bahalaşma əhaliyə ziyan vurmuş olur. Ziyanın qarşısını almaq üçün də maaş və pensiya mütləq artırılmalıdır. Təkcə dövlət müəssisələri deyil, özəl şirkətlər də işçilərin dolanışığını fikirləşməlidir”.

 

İqtisadçı Natiq Cəfərli deyib ki, Azərbaycanda bu günə qədər təqaüdlər artırılsa da, il ərzində maaş artımına qərar verilməyib:

 

“Düşünürəm, seçkilərdən öncə hökumətin qərarı ilə minimum əməkhaqqı və maaşların artımında təqribən 5-10 faiz arası artım gözləmək olar. Bu, həm seçkilər öncəsi atıla biləcək bir addımdır, həm də bahalaşmanı müəyyən dərəcədə kompensasiya edə bilər”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK