Qırmızı planetdə HƏYAT
Çin alimləri Marsın ekstremal şəraitində yaşaya biləcək bitkini aşkar ediblər.
Tədqiqatın nəticələri "The Innovation" jurnalında dərc edilib.
Söhbət çöl mamırından ("Syntrichia caninervis") gedir. Bu bitki Antarktidada və Mohave səhrasında bitir. O, ekstremal soyuğa, anomal istiyə və quraqlığa, həmçinin yüksək radiasiya səviyyəsinə dözə bildiyi üçün Marsda yaşaya bilər.
Təcrübə zamanı mamır mənfi 80 dərəcə temperaturda beş ilə qədər və mənfi 196 dərəcə temperaturda 30 günə qədər qaldıqdan sonra normal böyümə şəraitində regenerasiya edə bilib. Həmçinin bitki qamma şüalanmasının təsirinə məruz qalıb.
Florida Universitetindən (ABŞ) mamırlar üzrə mütəxəssislərin sözlərinə görə, bu cür bitkiləri qida kimi qəbul etmək olmaz, lakin onların başqa üstünlükləri var. Belə ki, onlar karbon qazını və suyu səmərəli şəkildə oksigenə və karbohidratlara - insanların yaşaması üçün lazım olan hava və qidaya çevirirlər.
Bu kəşf Mars missiyaları və gələcək kosmik kolonizasiya planları üçün böyük əhəmiyyət kəsb edir.
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...