Bakı Mühəndislik Universitetinin 2024-cü il üzrə BİRİNCİSİ

12:47 04-07-2024 | icon 153 | Təhsil
Bakı Mühəndislik Universitetinin 2024-cü il üzrə BİRİNCİSİ

Bakı Mühəndislik Universitetinin (BMU) Mühəndislik fakültəsinin “Kompüter mühəndisliyi” ixtisasından məzun olan Mais Şabanov 97.8 balla 2024-cü il üzrə ali məktəbin birincisidir.  

 

Versus.az xəbər verir ki, Qax rayonunun 2 saylı tam orta məktəbini 2020-ci ildə qızıl medalla bitirən M.Şabanov Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə keçirdiyi qəbul imtahanlarında 659.7 bal toplayaraq yüksək göstəriciyə imza atıb.

 

O, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, həyatımızın ayrılmaz bir parçasına çevrildiyi bir zamanda “Kompüter mühəndisliyi” ixtisasının önəminin artdığını nəzərə alaraq, bu sahə üzrə ən yaxşı təhsil verən universitetləri araşdırıb və tədris üçün yaradılan imkanlarına, elmi-pedaqoji heyətinin peşəkarlığına, müasir və keyfiyyətli təhsil verdiyinə görə BMU-nu seçib.

 

M.Şabanov ali təhsil aldığı dövrdə ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi seçilib.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsis edilən “Heydər Əliyev adına təqaüd”ün 100 nəfər sahibindən biri olub. Universitetin ictimai işlərində hər zaman fəallıq göstərib. Çox çalışmaq, keçirilən bütün fənləri eyni şəkildə öyrənmək, imtahanlara ciddi və məsuliyyətlə hazırlaşmaq  ona universitet birincisi olmaq şansı qazandırıb.

 

Builki magistratura imtahanlarında uğur qazanan BMU məzunu “Süni intellekt” ixtisasını seçib.

 

BMU-da oxuduğu müddətdə ixtisasının sirlərinə yiyələnməkdə əməyi keçən müəllimlərinə və hər addımında onu dəstəkləyən valideynlərinə minnətdar olan M.Şabanov ali təhsilində bundan sonra da nümunəvi olacağını, qazandığı bilik və bacarıqları Azərbaycanın gələcək inkişafı yolunda sərf edəcəyini bildirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK