Ermənistanda “sular” bulandırılır

16:42 04-07-2024 | icon 91 | Siyasət
Ermənistanda “sular” bulandırılır

Məlahət Həsənova: "Onların beyinlərinin təmizlənməsi üçün hələ uzun zaman lazımdır"

 

Ermənistanda keşiş Baqrat Qalstanyan başlatdığı etirazlar fonunda “sular” bulandırılır. Qərbin, erməni radikal qüvvələrin diqtəsi ilə Paşinyan hakimiyyətini idarə etməyə çalışanlar Azərbaycandan köçüb gedən ermənilərin geriyə qaytarılması, üstəlik həbs olunan separatçıların azad olunması məsələsini bəhanə edərək regionda danışıqlar prosesini əngəlləməyə, sülhdən yayındırmağa çalışırlar. Qərb dairələrinin ermənilərin “etnik təmizləmə” cəfəngiyyatından faydalanıb Azərbaycana qarşı təzyiq göstərməyə çalışması absurd görünməklə yanaşı, Pasinyanın Qarabağ ermənilərinin separatçı başçılarına qarşı son cəza addımları bu prosesdə təzadlı nüansları ortaya çıxarır.

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə şərh verən deputat Məlahət Həsənova bildirib ki, bu gün Ermənistan təkcə ermənilərdən və Paşinyanın rəhbərlik etdiyi iqtidardan ibarət deyil.

 

Deputat qeyd edib ki, bu gün Ermənistanın daxilində və xaricində 200 ildən artıqdır Azərbaycan və Türkiyəyə qarşı cinayət törədən erməni projesinin daşıyıcıları mövcuddur:

 

“Bu gün erməni keşişin rəhbərliyi ilə gedən proses ilk deyil. Erməni xalqı hər zaman öz kilsələrinin keşişlərinin, öz “liderlərinin”, “ideoloqlarının” qurbanı olublar. Erməni xalqının Türkiyə və Azərbaycana qarşı fitnəkar, mənfur siyasəti həmişə erməni kilsəsində hazırlanıb. Onların rəhbəri də həmişə kilsədəki keşişlər olub. Ona görə də bu gün Ermənistanda Serj Sarkisyan, Koçaryan kimi qatillər yetişib. Onların qatil dəstəsində olan adamlar hətta Ermənistandan kənarda yaşasalar da, əməlləri ilə hələ də Ermənistanda pozucu proseslər törədirlər. Çünki erməni xalqının da beyni həmin o “ideoloqların”, keşişlərin sayəsində neçə illərlə zəhərlənib. Onların dərslikləri, ədəbiyyatları zədələnib. Onlarda elə bir sağlam mühit yoxdur ki, yeni doğulan uşaq sağlam ideologiya ilə böyüsün. Bu gün də Ermənistanın televiziya kanallarında, məktəblərində Azərbaycan və Türkiyəyə qarşı nifrət aşılanır. Ona görə də Paşinyan öz xalqını bu cür pozucu qüvvələrdən təmizləməyə çalışsa da, bu mümkün deyil. Paşinyan özü də müsahibələrində dəfələrlə qeyd edib ki, erməni xalqının beyni o qədər zəhərlənib ki, reallığı görə bilmirlər. Anlamırlar ki, artıq 44 günlük müharibə həm onların 200 illik projelərini alt-üst etd, həm də bu müharibə Ermənistan xalqının oyanması üçün bir dərsdir”.

 

M.Həsənova bildirib ki, bu gün Ermənistan, erməni xalqı həm də xaricdən erməni diasporaları, lobbisi vasitəsilə idarə olunur. Onların beyinlərinin təmizlənməsi üçün hələ uzun zaman lazımdır:

 

“Ona görə Ermənistanın içərisində vaxtaşırı cinayət hadisələri, pozuculuq prosesləri hələ davam edəcək. Bu mənada Samvel Şahramanyanın da törətdiyi məlum cinayət gözlənilən idi. Qarabağ onlar üçün vətən deyildi. Əgər vətən hesab etsəydilər. orada infrastruktur yaradardılar, daha da inkişaf etdirərdilər, gözəl layihələr həyata keçirərdilər. Qarabağ onlar üçün bir narkotrafik, terrorçuların bazası idi. Bütün beynəlxlq təşkilatlar da sübut edib ki, Qarabağ onlar üçün ən çox çirkli pul qazanılan, transmilli mütəşəkkil cinayət məkanı idi. Şahramanyan, eləcə də Sarkisyan, Köçəryan və bu gün Azərbaycanın həbsxanasında yatan erməni cinayətkarlar da bu cinayət yolları ilə qazanc əldə edirlər”.

 

M.Həsənova vurğulayib ki, bir qonşu dövlət olaraq Azərbaycan Ermənistanın daxilində baş verən pozucu proseslərin aradan qaldırılmasını istəyir:

 

“İstərdik ki, erməni xalqı nəhayət o pozucu qüvvələrin girovundan xilas olsun, əminamanlıq içərisində yaşasın. Çünki Azərbaycan dövləti sülh tərəfdarıdır, Azərbaycan xalqı qonşularının da inkişafını istəyən xalqdır. Baqatin kimi keşişlər də o layihələrin başçısı olub, xalqı uçuruma aparıblar. Amma görünən odur ki, erməni xalqı tarixin dərsindən nəticə çıxarmayıblar. Onlara ən böyük dərs isə 44 günlük müharibə oldu. Bundan dərs çıxarmalıdırlar. Çünki bu, erməni xalqının son şansıdır. Azərbaycan prezidenti müharibə qurtaran kimi sülh əlini, qonşuluq əlini uzatdı. Bəyan etdi ki, biz tarixin yeni səhifəsini açırıq, bölgənin dayanıqlı inkişafı naminə sülh şəraitində yaşamalıyıq. Erməni xalqı bu tarixi fürsəti öz xeyirlərinə görə dəyərləndirə bilməsə, hərtərəfli uduzacaq. Bilməlidirlər ki, hətta bu gün yaşadıqları Ermənistan torpağı ermənilərin deyil, Azərbaycanın tarixi torpağıdır. Azərbaycan yeni bir müharibə istəmir. Amma Ermənistan xoşniyyətli mövqe göstərməsə, separatizmi davam etdirsə, Azərbaycan xalqının da deyəcəyi sözü var. Odur ki, erməni xalqı Azərbaycanın ona verdiyi son şansı dəyərləndirməlidir”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Rusiyada helikopter QƏZASI

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK