Azərbaycanı ŞƏT üçün cəlbedici edən nədir?

19:30 04-07-2024 | icon 265 | Siyasət
Azərbaycanı ŞƏT üçün cəlbedici edən nədir?

Könül İsmayılova: “Azərbaycan mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilib”

 

“Prezidentin Astana səfəri və bu çərçivədə keçirilən görüşləri maraqla izlənməkdədir. Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə sammitində qəbul edilən “Astana Bəannaməsi” bu zirvənin əhəmiyətini, mahiyyətini bir daha ortaya qoydu”.

 

Bunu Versus.Az-a Prezident İlham Əliyevin Astanaya səfəri və Zirvə Toplantısında iştirakı ilə bağlı açıqlamasında Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova bildirib.

 

Könül İsmayılova qeyd edib ki, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) əhəmiyyəti, Azərbaycanın bu sammitdə tutduğu yeri və rolu xüsusilə izlənir:

 

“Ölkəmiz artıq ikinci dəfədir ki, bu mötəbər tədbirə dəvət olunur. İlk dəfə dövlət başçısı Şanxay Əməkdaşlıq Təşkilatının 2022-ci ilin sentyabrında Özbəkistanda keçirilən Zirvə görüşündə iştirak etmişdi.

ŞƏT 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Qurumun Səmərqənd sammitində İranın tamhüquqlu üzv kimi qəbul edilməsindən sonra Şanxay Əməkdaşlıq Təşkilatı üzvlərinin sayı 9 olmuşdu. Astana görüşündə isə Belarusun da tam hüquqlu üzv kimi qəbulundan sonra bu ölkələrin sayı 10-a çatdı. Şanxay Əməkdaşlıq Təşkilatı xüsusilə son illərdə beynəlxalq arenada nüfuzu artan, həm təhlükəsizlik, həm də iqtisadi inkişaf sahələrində mühüm rol oynamağa başlayan qurum kimi daha çox diqqət cəlb edir”.

 

K.İsmayılova bildirib ki, ŞƏT-in beynəlxalq hüquqi cəlbediciliyinin digər tərəfi onun hansısa bloka daxil olmaması, üçüncü ölkələrə və ya digər beynəlxalq təşkilatlara qarşı yönəlməməsi, bütün iştirakçıların bərabərliyi və suverenliyinə hörməti, daxili işlərə qarışmaqdan imtina etməsi və münaqişələrin qarşısının alınmasıdır:

 

“Ölkəmiz hazırda Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı kimi regional təhlükəsizlik məsələləri, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi kommunikasiya layihələrinin irəlilədilməsi üzrə təşkilatla faydalı əməkdaşlıq edir. Onu da qeyd edim ki, Şanxay Əməkdaşlıq Təşkilatının əsas fəaliyyət istiqamətlərindən biri təşkilatın bütün coğrafiyasında regional təhlükəsizliyin təmin edilməsidir. Bunun üçün terrorizm, separatizm və ekstremizmin səbəbləri, mənbələri və təzahürlərinin aradan qaldırılması qurumun fəaliyyətində prioritet kimi müəyyən edilib”.

 

Hazırda ölkəmizin ŞƏT-də müşahidəçi statusu almaq niyyətində olduğunu vurğulayan K.İsmayılova bildirdi ki, Azərbaycanın ŞƏT-də müşahidəçi statusu alması bu nüfuzlu qurum üçün də böyük önəm daşıyır:

 

“Azərbaycan son illərdə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri sayəsində mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilib. Odur ki, Şərq-Qərb və Şimal-Cənub Nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə mühüm töhfələr verən Azərbaycan təbii olaraq Şanxay Əməkdaşlıq Təşkilatı üçün də cəlbedici görünür”.

 

PƏRİ
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Rusiyada helikopter QƏZASI

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK