Putin atəşkəsi rədd etdi

19:57 04-07-2024 | icon 338 | Dünya
Putin atəşkəsi rədd etdi

“Kiyev öz mövqeyini yaxşılaşdırmaq üçün atəşkəsdən istifadə edə bilməz”.

 

Versus.Az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

 

O bildirib ki, Ukrayna ilə sülh danışıqları başlayana qədər təmas xəttində atəşkəs mümkün deyil:

 

“İndi qarşı tərəfin müsbət addım atacağını ümid edərək atəşkəs qərarı verə bilmərik. Biz imkan verə bilmərik ki, düşmən öz mövqelərini yaxşılaşdırmaq, yenidən silahlanmaq, məcburi səfərbərlik yolu ilə ordusunu tamamlamaq və silahlı münaqişəni davam etdirməyə hazır olmaq üçün atəşkəsdən yararlansın”.

 

Putin Ukrayna ilə danışıqlardan heç vaxt imtina etmədiyini vurğulayıb:

 

“Biz həmişə danışıqların tərəfdarı olmuşuq. Siz bunu yaxşı bilirsiniz. Ancaq təkcə vasitəçilərin köməyi ilə münaqişəyə son qoymaq mənə çətin görünür. Ona görə ki, vasitəçinin yekun sənədi imzalamaq səlahiyyəti çox azdır!"

 

Putin həmçinin bildirib ki, Trampın Ukraynadakı münaqişənin sülh yolu ilə dayandırılması təklifləri ilə tanış deyil:

 

“Cənab Trampın prezidentliyə namizəd kimi hazır olduğunu və Ukraynada müharibəni dayandırmaq istədiyini bəyan edib. Biz bunu kifayət qədər ciddi qəbul edirik. Əlbəttə ki, mümkün təkliflərlə tanış deyilik. Amma şübhə etmirəm ki, o, bunu səmimi deyir və biz həmin təklifləri dəstəkləyəcəyik”. /globalinfo/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Rusiyada helikopter QƏZASI

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK