Ermənistanla sülh anlaşmasını mümkünsüz edən nüans
Sahib Alıyev: "Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiasını çıxarmayacaqsa..."
“Ermənistanla sülh anlaşması, konstitusiyasına dəyişiklik edərək, Azərbaycana qarşı ərazi iddiasını çıxarmayacaqsa, mümkünsüzdür”.
Versus.Az xəbər verir ki, bunu açıqlamasında deputat Sahib Alıyev bildirib.
Deputat hesab edir ki, Prezident İlham Əliyevin Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən Ermənistanla sülh anlaşmasının və hayların Qarabağa qayıdışlarının hansı şərtlər çərçivəsində baş tutacağı haqda verdiyi izah, səfirin özündən çox qərbdəki bəlli çevrələr və onların yedəklərində sürünənlər üçün nəzərdə tutulmuşdu:
“Axı səfir elə bir yüksək səlahiyyət daşıyıcısı deyil ki, Azərbaycanın dövlət başçısı “kollektiv qərb”dəkilərin qobal gündəliyə çıxarmağa çalışdıqları məsələlərlə bağlı ətraflı fikir bölüşsün. Özü də əgər söhbət Birləşmiş Ştatların Lüksemburq rolunu oynayan bir ölkənin səfirindən gedirsə. Düşünürəm ki, Prezident İlham Əliyevin Kevin Hamiltona anlatdıqları Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynla qapalı görüşdə deyilənlərin bir növ təkrarıydı. Onun təkrarı idi ki, yaydığı hesabatlar acı gülüş, istehza, bəzən isə ikrah doğuran "Freedom House”a Bakıdan əliboş dönən o'braynlar və rəhbərləri hansı tapşırığı verir-versin, sözü gedən qurum Qarabağda haylara qarşı guya entik təmizləmə aparıldığı ilə bağlı nə sayıqlayır-sayıqlasın, Azərbaycan öz mövqeyini dəyişən deyil”.
S.Alıyev bildirib ki, Ermənistanla sülh anlaşması, o ölkə konstitusiyasına dəyişiklik edərək, Azərbaycana qarşı ərazi iddiasını ortadan çıxarmayacaqsa mümkünsüzdür. O, hesab edir ki, Qarabağı özləri tərk edib gedən hayların ora dönüşləri isə o zaman baş tuta bilər ki, Qərbi Azərbaycan icmasının üzvləri də öz dədə-baba torpaqlarına qayıtsınlar:
S.Alıyev qeyd edib ki, Xristian Həmrəyli" adlı rasist və ksenofob yığnağının "Freedom House”un saxta hesabaına dayanaraq Azərbaycanın Paris olimpiadasına buraxılmaması çağırışı da göstərir ki, bu sinxronluğu təşkil edənlər yenə də öz şantaj ənənələrindən əl çəkməyiblər. Amma əvvəlki təzyiqlərinin nə ilə qurtardığını xatırlayaraq düzgün nəticə çıxarsaydılar, anlayardılar ki, belə rəzilliklərə yol verməklə onlar bizdə özlərinə qarşı nifrət doğurmaqdan başqa heç nə əldə edə bilməyəcəklər.
LƏMAN
versus.az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...