Bakı dünya gücləri ilə bir masada

20:19 04-07-2024 | icon 97 | Siyasət
Bakı dünya gücləri ilə bir masada

Moskvanı narahat edən görüşdə hansı qərar veriləcək?

 

9-11 iyul tarixlərində Vaşinqtonda NATO-nun xarici işlər nazirləri səviyyəsində sammiti baş tutacaq. Sammitə Azərbaycan və Ermənistan da dəvət edilib.

 

Bəzi ekspertlər bu sammiti Qərb bloku üçün strateji qərarların veriləcəyi mühüm toplantı kimi xarakterizə edir.

 

Qərb bloku hansı yeni qərarlar alacaq? Bu toplantıdan sonra dünyanın siyasi və hərbi xəritəsində nə kimi dəyişiklik baş verəcək?

 

Politoloq Turab Rzayev deyib ki, ABŞ-da baş tutacaq sammitinin əsas müzakirə mövzusu Rusiya-Ukrayna müharibəsi olacaq:

 

“Mümkündür ki, ABŞ Ukraynaya yeni yardım ayırıb. Sammitdə bu açıqlanacaq. Vaşinqton bununla bir daha Ukraynanın yanında olduğu mesajını verib kollektiv Qərbdən də bənzər dəstəyi tələb edəcək. ABŞ  seçki öncəsində xüsusi ilə belə bir addım atır.  Co Bayden bununla seçkilərdə əlini gücləndirmək, dəstəkçilərinin sayını artırmaq istəyir. O, həmçinin Ukraynanın yanında olduğunu, sülh üçün savaşdıqları mesajını verəcək. “Sammitdə Qlobal təhlükəsizlik, enerji təhlükəsizliyi ortaq münaqişələr, müharibələr kimi məsələlər müzakirə ediləcək.  O cümlədən, Çinlə bağlı məsələ də masada olacaq.  Rəsmi Pekin hazırda ABŞ üçün real təhdidir”.

 

Ekspert deyib ki, Azərbaycan ənənəvi olaraq NATO sammitlərinə qatılır:

 

“Mümkündür ki, bu dəfəki sammitə də qatılacaq. Rəsmi Bakı NATO üzvü olmasa da,  alyansın bir çox proqramlarında iştirak edir. Bu mənada sammitdə iştirakımızda qeyri-adi nəsə oxudur”. /globalinfo.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Rusiyada helikopter QƏZASI

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK