Yeni portal eyni evin bir neçə şəxsə satılmasının qarşısını ALACAQ

07:29 05-07-2024 | icon 674 | İqtisadiyyat
Yeni portal eyni evin bir neçə şəxsə satılmasının qarşısını ALACAQ

Azərbaycanda daşınmaz əmlakın sənədləşdirilməsi ilə bağlı vahid elektron portal hazırlanır. Bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib. Məqsəd evlərin sənədləşdirilməsində bütün proseslərin həmin portal vasitəsilə tam elektronlaşdırması və rəqəmsal idarəetmə yaratmaqdır.

 

İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədr müavini Elşad Məmmədovun sözlərinə görə, hazırda nəzərdə tutulan informasiya vasitəsində mənzillərlə bağlı xüsusi modul yaradılacaq ki, bu da tikinti şirkətləri binanı tikməyə başladığı andan etibarən həmin binanın elektron imitasiyasını sistemləşdirəcək:

 

"Belə olan halda bir mənzilin iki və ya daha artıq şəxsə satılması hallarının da qarşısı alınacaq. Sözügedən portalın təşkili sənədsiz evlərlə bağlı problemi də həll edəcək".

 

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə bildirib ki, qanunvericiliyə zidd olmayan, digər ərazilərdə tikilən fərdi yaşayış evlərinə çıxarışlar verilərsə, həmin əmlaklar əmlak və torpaq vergisinə cəlb oluna, sığortalana və alqı-satqı xidmətinə çevrilə bilər ki, bu da aztəminatlı insanların kreditli və digər şərtlərlə mənzil sahib olmalarına səbəb ola bilər.

 

Ətraflı AZƏRTAC-ın süjetində:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK