"Azərbaycan dünyada energi təhlükəsizliyinə təhdidin qarşısını ala biləcək dövlətdir"

20:01 05-07-2024 | icon 321 | Siyasət
"Azərbaycan dünyada energi təhlükəsizliyinə təhdidin qarşısını ala biləcək dövlətdir"

Arzu Nağıyev: “Şanxay Əməkdaşlıq Təşkilatı Dövlətləri dünyaya mesaj verdilər ki, Azərbaycan…”

 

“Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Avrasiyanın təhlükəsizliyi istiqamətində atdığı addımlar, eyni zamanda görüşün məhz Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə toplantısı öncəsi keçirilməsi mühüm əhəmiyətə malikdir. Azərbaycanın istər Orta Dəhlizin Çindən Avropaya qədər işlənməsindəki rolu, istər enerji təhlükəsizliyinin qarşısının alınmasında və COP 29-la bağlı atılan addımların hamısı dəyərləndirilir, qiymətləndirilir”.

 

Versus.Az xəbər verir ki, bunu deputat Arzu Nağıyev Astanada “ŞƏT+” formatında keçirilən Zirvə görüşü və Azərbaycan dövlət başçısının sammitə II dəvət olunmasının əhəmiyyətini qeyd edərkən bildirib.

 

A.Nağıyev Prezident İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirak etməsinin mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Deputat hesab edir ki, Azərbaycanın ŞƏT-də müşahidəçi statusu alması bu nüfuzlu qurum üçün də böyük önəm daşıyır. Onun sözlərinə görə, ölkəmizin son illərdə həyata keçirdiyi irimiqyaslı infrastruktur layihələri sayəsində beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilmsi, Orta Dəhlizin Çindən başlayaraq Azərbaycan üzərindən Avropaya qədər uzanması, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsində verdiyimiz töhvələr ölkəmizin Şanxay üçün nüfuzunu artırıb.

 

A.Nağıyev qeyd edib ki, Azərbaycan Prezidentinin Rusiya Prezidenti, eləcə də qardaş Türkiyə, Pakistan liderləri ilə görüşləri, Azərbaycan və Çin dövlət başçılarının strateji tərəfdaşlıq haqqında imzaladığı bəyannamə mühüm tarixi əhəmiyyət kəsb edir.

 

Deputat məhz ŞƏT çərçivəsində “Terrorizm, separatizm və ekstremizmə qarşı mübarizə haqqında” Şanxay Konvensiyasına diqqət çəkib. Onun sözlərinə görə, üzv dövlətlər arasında təhlükəsizlik sahəsində əməkdaşlıq da hər zaman təşkilatın əsas vəzifəsi kimi gündəmdədir ki, bu da öz növbəsində ŞƏT sərhədləri daxilində davamlı sosial-iqtisadi inkişafın təmin olunmasında önəm kəsb edir:



“Azərbaycanın Orta Dəhlizlə bağlı addımları, Çindən Avropaya qədər uzanan yolun məhz Azərbaycan üzərindən keçməsi, qlobal iqtisadi layhələrin həlli, Pakistan, Türkiyə, Azərbaycan liderləri arasında keçirilən görüş, təhlükəsizlik məsələləri ilə bağlı aparılan müzakirələr, Azərbaycanla Qazağıstan arasında imzalanan memorandum və sair, hallar Cənubi Qafqazda və dünyada sülhün bərqərar olunması üçün ciddi baza hazırlayır. Azərbaycan bu prosesdə strateji əhəmiyyəti, coğrafi, gesosiyasi mövqeyinə uyğun olaraq çox mühüm əhəmiyyətə malik dövlət kimi təmsil olunur”.

 

A.Nağıyev sammitdə qəbul edilən “Astana Bəyannaməsi”nin əhəmiyəti və mahiyyəti barədə müəyyən nüanslara toxunub. Artıq ŞƏT-ə sədrliyin Qazaxıstandan Çinə keçdiyini deyən deputat, məlum bəyannamədə yer alan məsələlərə diqət çəkub:

 

“Sənəddə kosmosdan tutmuş nüvə, bioloji və toksik silahların qadağası, süni intellektlə bağlı məsələlər öz əksini tapıb. Bundan başqa bəyannamədə demokratik və çoxşaxəli dünya düzəninin ortaya qoyulması, Avropada baş verənlərin Asiyada təkrar olunmaması, transmilli cinayətkarlığın qarşısının alınması, dövlətlərarası problemlərin həlli, İranla bağlı məsələlər, dövlətlərə qarşı bir sıra sanksiyaların ortadan götürülməsi, BMT-TŞ-nin nüfuzunun qalxması kimi məsələlər də yer alıb. Eləcə də sənəddə dünya siyasətində gücdən necə istifadə edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə və digər məsələlər dünyada təhlükəsizliyə təhdidin qarşısının alınmasında atılacaq addımlar kimi qeyd olunub”.

 

A.Nağıyev Prezident İlham Əliyevlə Çin Xalq Respublikasının sədri Si Cinpinin görüşünü xüsuslə mühüm əhəmiyyət kəsb edən məqam kmi önə çəkib. Onun sözlərinə görə, görüşdə Azərbaycanın ŞƏT-də təmsilçiliyi məsələsinin, eyni zamanda strateji əməkdaşlıq haqqında imzalanacaq sənədin müzakirəsi, Prezident İlham Əliyevin Çinə dəvət olunması, Çin liderinin Azərbaycana dəvət olunması mühüm addımlardır:

 

“Çin dünyada iqtisadi, hərbi, texniki baxımdan böyük gücü olan bir dövlətdir. Bu gün Çin Azərbaycanı bir tərəfdaş kimi qəbul edirsə, bu çox mühüm perspektivdən xəbər verir. Təbii ki, bunun qayəsində Prezident İlham Əliyevin apardığı daxili və xatici siyasətin verdiyi töhvələr dayanır”.

 

A.Nağıyev hesab edir ki, yeni strateji əməkdaşlıq çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatı Dövlətləri dünyaya mesaj verdilər ki, Azərbaycan dünyada energi təhlükəsizliyinə təhdidin qarşısını ala biləcək dövlətdir.

 

Deputat Belarus dövlətinin ŞƏT-ə üzv olması ilə bağlı bəzi nüanslara da diqqət çəkib. Bildirib ki, Avropada baş verən hadisələr, eləcə də Ukrayna-Rusiya müharibəsi Belarusa da ciddi təsir göstərib. O, qeyd edib ki, Belarus mühüm iqtisadi, siyasi, hərbi potensiala malikdir:

 

“Bu dövlətin Şanxay Əməkdaşlıq Təşkilatına üzv qəbul olunması təşkilatı gücləndirməklə bərabər özünə də güclənmə zəmanəti verəcək. Eləcə də hesab edir ki, Belarus-Azərbaycan, Azərbaycan-Rusiya, Rusiya-Belarus, Azərbaycan-Türkiyə münasibətləri fonunda gələcəkdə təşkilata üzv, yaxud müşahidəçi kimi qəbul olunmağımız bütün ölkələrlə əmkdaşlığın təmin olunması istiqamətinə yönəlik müsbət hal kimi dəyərləndirilməlidir”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Rusiyada helikopter QƏZASI

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK