Telejurnalist MTM-nin mətbuat katibi oldu

23:09 06-07-2024 | icon 893 | KİV
Telejurnalist MTM-nin mətbuat katibi oldu

Media Tədris Mərkəzinin İctimaiyyətlə əlaqələr departamentinə yeni təyinat olub.

 

Versus.Az xəbər verir ki, bugündən etibarən telejurnalist Samirə Novruzova mərkəzdə mətbuat katibi vəzifəsini icra edəcək.

 

Media tədris mərkəzinə yeni təyinat
Media Tədris Mərkəzinin mətbuat katibi Samirə Novruzova Bugun.tv-yə müsahibə verib

 

O, Bugün tv-yə müsahibəsində Media Tədris Mərkəzinin fəaliyyətindən danışıb. Samirə Novruzovanın sözlərinə görə, Media Tədris Mərkəzində televiziyanı əhatə edən bütün peşələr üzrə təlimlər təşkil olunur. Dərsləri ölkədə fəaliyyət göstərən universitetlərin jurnalisitka fakültələrinin müəllimləri, tanınmış televiziyaçılar keçir. Media qurumlarının rəhbərləri, peşəkar reportyorlar öz təcrübələrini tələbələrlə bölüşürlər:

 

“Media Tədris Mərkəzinin rəhbəri, Əməkdar jurnalist Elnarə Dərziyeva tələbələrə müasir televiziyanın sirlərini öyrədir. Onları nəzəri biliklərlə yanaşı, praktikalara cəlb edir. Bundan başqa mərkəzdə, düzgün danışıq, tələffüz, diksiya təlimləri də təşkil olunur. Media Tədris Mərkəzi rejissor, operator, montaj, fotoqraf, videoqraf peşələrində çalışmaq istəyənləri də unutmayıb. Burada həmin peşələr üzrə də 4-6 aylıq kurslar keçilir”.

 

Media Tədris Mərkəzinin mətbuat katibi Samirə Novruzova Bugun.tv-yə müsahibə verib
Media Tədris Mərkəzinin mətbuat katibi Samirə Novruzova

 

Bunlarla yanaşı Media Tədris Mərkəzində SMM və Rəqəmsal medianı öyrənmək üçün peşəkar mütəxəssislərin təlimlərinə də qatılmaq mümkündür.

 

Arzu edənlər mərkəzlə əlaqə saxlayıb (0556401207), qeydiyyatdan keçə bilərlər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Rusiyada helikopter QƏZASI

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK