Ermənistan XİN-dən TƏXRİBAT ANONSU

08:42 08-07-2024 | icon 240 | Siyasət
Ermənistan XİN-dən TƏXRİBAT ANONSU

“İki seçimimiz var, payıza qədər…”

 

“Ermənistan Xarici İşlər Nazirliyinin açıqlamasına görə, COP29  başa çatdıqdan sonra ölkəmizdə təhlükəsizliklə bağlı problemlər ola bilər”.

 

Bunu “Respublika” partiyasının sədri Aram Sərkisyan deyib.

 

A.Sərkisyan İrəvanın sadəcə iki variantla təxribat ehtimalının qarşısını ala biləcəyini qeyd edib:

 

“Deyirlər ki, payızda demarkasiya olunmuş ərazilərdə təxribat baş verə bilər. Bundan qaçmaq üçün Ermənistanın iki seçimi var. Birincisi, payıza qədər Avropa İttifaqına üzvlüklə bağlı ölkədə referendum keçirəcəyik. Səs çoxluğu ilə Aİ-yə ərizə verir və Avrasiya İqtisadi İttifaqından çıxırıq. İkincisi, biz KTMT-dən çıxıb, Gücrüstan kimi ABŞ-la razılaşma imzalayırıq. Bütün hallarda Azərbaycanla silahlı qarşıdurmanın yaşanması bizim Rusiyanın orbitinə qaytımağımız deməkdir. Rəsmi Bakının belə bir planının olduğunu düşünmürəm. Bizim Aİİ və KTMT-nin tərkibinda ola-ola neytral mövqe tutmağımız da mümkün deyil. Nəzərə alın ki, Gürcüstanda və Azərbaycanda Rusiya bazaları yoxdur. Amma onlar da Moskvadan ən azı bizim qədər faydalanırlar”.

 

O, qeyd edib ki, Türkiyə NATO üzvüdür və Aİ-yə daxil olmaq istəməklə regional gücünü artırır:

 

!Azərbaycan Türkiyə kimi qardaşa, İsrail kimi müttəfiqə sahibdir və bununla da Qərblə əlaqələr saxlayaraq təsirini artırır. Gürcüstanı ABŞ dəstəkləyir, İran isə İslam dünyasının mərkəzidir. Bəs Ermənistan kimin tərəfindədir? Mövqeyimiz, yerimiz necədir? Biz 10-20 sonra harada olmaq istəyəcəyimizə indidən qərar verməliyik”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...