Milli Məclisin ən stajlı DEPUTATLARI...

13:32 09-07-2024 | icon 200 | Siyasət
Milli Məclisin ən stajlı DEPUTATLARI...

Azərbaycanda növbəti parlament seçkilərinə start verilib. Artıq namizədliyin irəli sürülməsinə, imza vərəqələrinin götürülməsinə başlanılıb. Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri yeddinci çağırış Milli Məclisin tərkibini formalaşdıracaq.



Parlament seçkilərinə hər zaman böyük ictimai maraq olub: kimlər deputat olacaq, hardan seçiləcək, hansı tanınmışlar kənarda qalacaq, hazırkı deputatlardan neçəsi yenidən mandat ala biləcək?



İctimaiyyət üçün bu suallara cavab tapmaq həmişə maraqlı olub.



Bu sualların cavabı üçün isə təxminən bir ay yarım gözləməli olacağıq.



Yaxın günlərdə hakim Yeni Azərbaycan Partiyası (YAP) özünün namizəd siyahısını açıqlayandan sonra seçkilərlə bağlı bəzi təxminlərə də gün düşəcək.



Hələlik hamının, o cümlədən altıncı çağırış Milli Məclisin deputatlarının gözü-qulağı YAP-a yönəlib. Bir çoxları, hətta müxalifətçi və bitərəf kimi seçkilərə qatılmaq istəyənlər belə, YAP-ın namizədlər siyahısını gözləyir ki, ona uyğun addım atsın.



Daha bir sual uzun müddət Milli Məclisin deputat mandatını daşıyan parlamentarların budəfəki seçkilərdə iştirak edib-etməyəcəyilə bağlıdır.



Milli Məclisdə ən azı 20 il və daha çox təmsil olunmuş deputatlar arasında yenidən namizədlik haqqında düşününlər də var, təqaüdə çıxıb dincəlmək istəyənlər də.



Məsələn, 4 dəfə deputat seçilmiş 71 yaşlı Aqil Abbas deyir ki, seçicilər məsləhət bilsələr, yenidən namizədliyini irəli sürəcək.

O, yaxın günlərdə Qarabağ bölgəsinə gedib seçicilərin rəyini öyrənəcək.



77 yaşlı Fəzail Ağamalı isə həkim rəyini gözləyir:

“Səhhətim imkan versə seçkilərdə iştirak etmək fikrindəyəm”.



77 yaşlı bitərəf Vahid Əhmədov da hələ qəti qərar verməyib:

"Yenidən namizəd olmağım üçün 52 saylı Quba seçki dairəsindən mənə çoxlu müraciət gəlməkdədir".



Dörd dəfə deputat mandatına sahiblənmiş Rüfət Quliyev də gözləyir:

“Son fikrim formalaşmayıb. Təxminən bir həfətəyə qəti qərarımı verəcəm".

Maraqlıdır, parlamentin ən stajlı deputatları kimlərdi?


 

20 ildən çoxdur deputat mandatı daşıyan parlamentarların siyahısını təqdim edirik:



Aqil Abbas - üçüncü, dördüncü, beşinci və altıncı çağırış (2005 – 2024);

Fəzail Ağamalı - birinci, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış (1995 – 2024);

Novruz Aslanov - üçüncü, dördüncü, beşinci və altıncı çağırış (2005 – 2024);

Nizami Cəfərov - ikinci, üçüncü, dördüncü, beşinci və və altıncı çağırış (2000 – 2024);

Vahid Əhmədov - üçüncü, dördüncü, beşinci və altıncı çağırış (2005 – 2024);

Bəxtiyar Əliyev - ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış (2000 – 2024);

Rauf Əliyev - üçüncü, dördüncü, beşinci və altıncı çağırış (2005 – 2024);

Jalə Əliyeva - üçüncü, dördüncü, beşinci və altıncı çağırış (2005 – 2024);

Ziyafət Əsgərov - birinci, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış (1995 – 2024);

Oqtay Əsədov - ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış (2000 – 2024);

Sabir Hacıyev - üçüncü, dördüncü, beşinci və altıncı çağırış (2005 – 2024);

Əli Hüseynli - ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış (2000 – 2024);

Rafael Hüseynov - ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış (2000 – 2024);

İsa Həbibbəyli - üçüncü, dördüncü, beşinci və altıncı çağırış (2005 – 2024);

Qüdrət Həsənquliyev - ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış (2000 – 2024);

Fəzail İbrahimli - ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış (2000 – 2024);

Eldar İbrahimli - birinci, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış (1995 – 2024);

Məlahət İbrahimqızı - ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış (2000 – 2024);

İmamverdi İsmayılov - ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış (2000 – 2024);

Azər Kərimli - ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış (2000 – 2024);

Azay Quliyev - üçüncü, dördüncü, beşinci və altıncı çağırış (2005 – 2024);

Eldar Quliyev - ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış (2000 – 2024);

Musa Quliyev - ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış (2000 – 2024);

Rüfət Quliyev - üçüncü, dördüncü, beşinci və altıncı çağırış (2005 – 2024);

Ülvi Quliyev - üçüncü, dördüncü, beşinci və altıncı çağırış (2005 – 2024);

Aydın Mirzəzadə - ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış (2000 – 2024);

Səttar Möhbalıyev - ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış (2000 – 2024);

Asim Mollzadə - ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış (2000 – 2024);

Fazil Mustafa - üçüncü, dördüncü, beşinci və altıncı çağırış (2005 – 2024);

Elman Məmmədov - ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış (2000 – 2024);

İlham Məmmədov - üçüncü, dördüncü, beşinci və altıncı çağırış (2005 – 2024);

Əli Məsimli - üçüncü, dördüncü, beşinci və altıncı çağırış (2005 – 2024);

Siyavuş Novruzov - ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış (2000 – 2024);

Zahid Oruc - ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış (2000 – 2024);

Sabir Rüstəmxanlı birinci, ikinci, üçüncü, dördüncü və altıncı çağırış (1995-2015; 2020-2024);

Tahir Rzayev - ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış (2000 – 2024);

Bəxtiyar Sadıqov - ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış (2000 – 2024);

Səməd Seyidov - ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış (2000 – 2024);

Ziyad Səmədzadə üçüncü, dördüncü, beşinci və altıncı çağırış (2005 – 2024);

Vasif Talıbov - birinci, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış (1995 – 2024);

Mixail Zabelin - birinci, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış (1995 – 2024).

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Rusiyada helikopter QƏZASI

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK