QDF-nin təşəbbüsü ilə XEYRİYYƏ KONSERTİ

20:06 11-07-2024 | icon 325 | Mədəniyyət
QDF-nin təşəbbüsü ilə XEYRİYYƏ KONSERTİ

İyulun 10-da Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilatı dəstəyi ilə “Qarabağ gecəsi” adlı növbəti xeyriyyə konserti keçirilib.

 

Versus.Az xəbər verir ki, artıq 3-cü dəfə keçirilən konsert “Azərlotereya” ASC-nin və “Reform Group” MMC-nin tərəfdaşlığı və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin informasiya dəstəyi ilə baş tutub.

 

Tədbirdə hökumət rəsmiləri, millət vəkilləri, Qarabağ Dirçəliş Fonduna ianə edərək işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində görülən işlərə dəstək göstərən donor şirkətlərin və Fondun tərəfdaşlarının nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

 

Tədbirin əvvəlində çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev konsertin əsas məqsədi barədə məlumat verərək əldə ediləcək vəsaitin Qarabağın bərpası istiqamətində həyata keçirilən tədbirlərə töhfə verəcəyini vurğulayıb:

 

“Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən sonra işğaldan azad edilən ərazilərdə irimiqyaslı tikinti-quruculuq işləri aparılır. Bugünkü konsert də doğma Qarabağın bərpası istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə keçirilir”.

 

İdarə Heyətinin sədri “Qarabağ gecəsi” xeyriyyə konsertinin ərsəyə gəlməsində dəstək göstərən, eyni zamanda bilet əldə edərək işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulmasına töhfə verən hər kəsə təşəkkürünü bildirib.

 

Konsertin tərəfdaşlarından olan “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş çıxış edərək bu cür təşəbbüslərə dəstək göstərməyin əhəmiyyətini qeyd edərək, işğaldan azad edilən ərazilərin bərpası istiqamətində həyata keçirilən tədbirlərdə həmrəyliyin vacibliyini vurğulayıb. 

 

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib. Xalq artisti Ənvər Sadıqov, Əməkdar artist Emil Əfrasiyab, “Qaytağı” instrumental ansamblı çıxış edərək qonaqlara əsl musiqi ziyafəti yaşadıblar.
Konsertin bədii hissəsindən sonra tədbir rəsmi ziyafətlə davam edib. 

 

Rəsmi ziyafətdə konsertin ərsəyə gəlməsində həmrəylik nümayiş etdirərək Qarabağ Dirçəliş Fonduna dəstək olan tərəfdaşlara və donorlara – Mədəniyyət Nazirliyinə, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına, “Azərlotereya” ASC-yə, “Reform Group” MMC-yə, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə, “iTicket Production” MMC-yə, “Avrora” MMC-yə, Veysəloğlu Şirkətlər Qrupuna, “McDonald’s Azərbaycan” QSC-yə, “Huner Group” MMC-yə, “Caspian Event Organisers” MMC-yə, “Bakı Metropoliteni” QSC-yə, eləcə də Xalq artisti Ənvər Sadıqova, Əməkdar artist Emil Əfrasiyaba, Əməkdar artist Ələkbər Ələkbərova və “Qaytağı” instrumental ansamblının üzvlərinə Qarabağ Dirçəliş Fondu adından xüsusi plaket və “Təşəkkür sertifikatı” təqdim olunub.

 

Qeyd edək ki, konsertdən əldə edilən vəsait işğaldan azad edilmiş ərazilərdə mədəniyyət obyektlərinin yenidən qurulmasına yönəldiləcək.

 

Xatırladaq ki, “Qarabağ gecəsi” adlı ilk xeyriyyə konserti 26 iyun 2022-ci il tarixində Bakıda, ikinci konsert isə 17 iyun 2023-cü il tarixində Gəncə şəhərində keçirilib.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Rusiyada helikopter QƏZASI

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK