İtmiş dünya

15:15 12-07-2024 | icon 672 | Maraqlı
İtmiş dünya

Alimlər Qrenlandiya və Kanada arasında yoxa çıxmış yeni qitə aşkar ediblər.

 

Böyük Britaniyanın Derbi Universiteti və İsveçin Uppsala Universitetinin tədqiqatçıları bu barədə "Gondwana Research" jurnalında məqalə dərc ediblər. Alimlər iki tektonik plitə arasında sərhədin keçdiyi Devis boğazında qeyri-adi xüsusiyyət - 19-24 kilometr qalınlığında qitə qabığı fraqmenti aşkar ediblər. Labrador dənizi ilə Baffin körfəzini birləşdirən bu boğaz paleogendə 33-61 milyon il əvvəl formalaşıb. Hazırda bu fraqmentin tam parçalanmamış və batmış mikroqitə olduğu hesab edilir.

 

Tədqiqatçılar bu xüsusiyyətin yaranmasına səbəb olan şəraiti müəyyən etmək üçün 30 milyon illik dövrü əhatə edən tektonik plitələrin hərəkətlərinin rekonstruksiyasını yaradıblar. Model göstərib ki, bu, həqiqətən də mikroqitədir.

 

Elm adamlarının sözlərinə görə, tədqiqatın nəticələri plitə tektonikası ilə əlaqəli təhlükələrin azaldılmasına və yeni resursların kəşfinə kömək edəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Rusiyada helikopter QƏZASI

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK