Qlobal bölgü prosesində KEÇİLMƏZ SƏDD
Vüqar Dadaşov: “Pakistan bütün türk dünyasının müttəfiqidir”
“Azərbaycan Prezidentinin ən yüksək səviyyədə qarşılanması, havada Pakistan qırıcıları ilə müşayiət olunması, təyyarənin hərbi hava bazasına enişi və şəxsən baş nazir Məhəmməd Şahbaz Şərif tərəfindən qarşılanması birbaşa iki xalqın möhkəm əsaslara söykənən tarixi dostluğunun göstəricisi, hərbi-siyasi müttəfiqliyinin dünyaya nümayişi və bir sıra güc mərkəzlərinə açıq mesajdır”.
Versus.Az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədr müavini, hüquqşünas Vüqar Dadaşov Azərbaycan dövlət başçısının Pakistan səfəri ilə bağlı şəhrində bildirib.
V.Dadaşov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan səfəri böyük güclərin dünyanı yenidən bölüşdürülməsi ilə bağlı cərəyan edən qlobal prosesdə müşahidə olunan olduqca vacib və siyasi əhəmiyyətli hadisədir:
“Vətən Müharibəsindən sonra hərbi, siyasi-diplomatik uğurları artıq Azərbaycanı Cənubi Qafqazın cavabdehi kimi formalaşdırmaqla yanaşı, həm də geosiyasi prosesə əhəmiyyətli təsir edən dövlətə çevirib. Azərbaycan Prezidenit İlham Əliyev isə dünyada mübağiləsiz ən nüfuzlu siyasətçilərdən biri kimi qəbul edilir, onunla məsləhətləşmələr aparmaq istəyən dünya dövlətlərinin açıq etirafları Azərbaycanı dünya dövlətləri arasında söz sahibinə çevirib. Dünyada qlobal bölgü prosesinin nəticələrini, özləri üçün siyasi istiqamət müəyyən edən bir sıra dövlət başçıları, siyasətçilər, hökümətlər Prezident İlham Əliyevin hər açıqlamalarına bəyanatına diqqət yetirir.
BMT TŞ-nın üzvü Fransanın və şəxsən Makronun anti Azərbaycan siyasətinə cavab olaraq, öz daxilində kaloniyaların azadlıq zərbəsi və Avropa Parlamentinə seçkilərdə məğlubiyyəti, həmçinin İranda azərbaycanlı türkün hakimiyyətə gəlməsində sözsüz ki, Azərbaycan dövlətinin istəklərinin bir şərt olması şübhəsizdir”.
Ekspert bildirib ki, Azərbaycan, Türkiyə, Pakistan və bir sıra digər dövlətlərin birliyi qlobal bölgü prosesində artıq keçilməz səddir. Onun sözlərinə görə, Qərb-Rusiya qarşıdurmasının Ukrayna meydanı dünyanı nüvə təhdidi, müharibəsi ilə üz-üzə qoyduğu bir vaxtda nüvə silahına malik Pakistan-Azərbaycan-Türkiyə birliyi və müttəfiqlərinin nüvə təhdidlərini əhəmiyyətsiz edən amildir:
“Rəsmi qaydada Pakistanla Azərbaycanın, Türkiyənin müttəfiqlik müqaviləsi olmasa da, Pakistan hər zaman türk dostluğunda, sarsılmaz etibarı ilə özünü sübut edib. Heç şübhəsiz ki, Azərbaycanın Pakistanla da Şuşa, Moskva bəyannamələri kimi müttəfiqlik sazişinin imzalanması gözləniləndir, Hərçənd Pakistan nəinki Azərbaycanın, bütün türk dünyasının müttəfiqidir. Azərbaycanın Qoşulmama Hərakatının lokamativi kimi, hərbi blok yaratmamaqla, orduların birgə fəaliyyət sazişi də perespektivdə olan məsələdir”.
LƏMAN
versus.az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...