"Münasibətlər son dərəcədə ümidverici inkişaf edir”

16:30 12-07-2024 | icon 313 | Siyasət
"Münasibətlər son dərəcədə ümidverici inkişaf edir”

Tofiq Abbasov: “Pakistan-Azərbaycan arasında mənəvi, strateji tərəfdaşlıq münasibətləri tərtib edilib”

 

“Azərbaycan, Pakistan, Türkiyə arasında güclənən əlaqələr dünya birliyinə sağlam münasibətlərin konfiqurasiyasını, etalonunu təqdim edir. Bakı-İslamabad münasibətləri sağlam gələcəyə istiqamətlənib. Bunun arxasında çoxsaylı pozitiv müsbət, motivlər durur. Bu, insanlarımızın təhlükəsizliyinə, rifahının artmasına qulluq edir ki, bunu birlikdə həyata keçiririk”.

 

Versus.Az xəbər verir ki, bunu politoloq Tofiq Abbasov Prezident İlham Əliyevin Pakistan səfəri ilə bağlı açıqlamasında bildirib.

 

T.Abbasov qeyd edib ki, Pakistan-Azərbaycan arasında milli-mənəvi, strateji tərəfdaşlıq münasibətləri tərtib edilib. Bu, hər iki tərəfin istəyi ilə baş vermiş hadisədir:

 

“Bu onunla əlaqədardır ki, hər iki ölkənin təhlükəszilik məsələləri üzrə maraqları üst-üstə düşür. Ticari dövriyyənin artması, dəhlizlərin birgə istifadəsi, eləcə də digər müttəfiq, qardaş ölkələrlə yeni əməkdaşlıq formatlarının formalaşması baxımından Azərbaycanın İslamabadla qurulan əməkdaşlıq əlaqələri çox mühümdür. Azərbaycan, Türkiyə və Pakistanın həm parlamentlər, həm də birinci şəxslər səviyyəsində münasibətləri inkişaf edir. Bu da ondan irəli gəlir ki, Bakı, Ankara, İslamabadın Avrasiyada gedən proseslərə baxışları üst-üstə düşür. Digər tərəfdən bu dövlətlər İslam Əməkdaşlıq Təşkilatında, BMT, Qoşulmama Hərəkatı və digər bütün beynəlxalq formatlarda bir-birini dəstəkləyir. Bütün dünya yaxşı görür ki, münasibətlər son dərəcədə ümidverici inkişaf edir”.

 

T.Abbasov qlobal maraqların toqquşduğu dünya düzənində bu prosesin heç də asan irəliləmədiyinə diqqət çəkib. O, bu münasibətlərə qısqanc, xor baxan revanşizm ocağı Ermənistan və bəzi digər ölkələrin təhdidləri ilə üzləşdiyimizi qeyd edib. Eyni zamanda Pakistanın da qonşuluq siyasətində Hindistanla problemlər yaşadığını önə çəkib. T.Abbasov bununla yanaşı hesab edir ki, burda əsas göstərici Pakistanın yeganə müsəlman ölkəsi kimi nüvə silahına sahib olmasıdır. Bu baxımdan da Pakistanı İslam dünyasının təhlüksəziliyinin, əminəmanlığının qarantı kimi dəyərləndirib.

 

T.Abbasov Pakistan-Azərbaycan dostluq münasibtlərinin daha dərin köklərə söykəndiyini bildirib. O, ötən əsrin əvvələrində Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin indiki Pakistanın yerləşdiyi coğrafiyada insanlara göstərdiyi humanitar köməklərin indiyə qədər də orada yeni nəsillərin yaddaşında qaldığını təsadüfi saymayıb:

 

“Bu fakt bizim milllətlərin, xalqların bir-birinə mənəvi dəstək, əməli kömək göstərmək istəyinin tarixi köklərə bağlı olduğunu ifadə edir. Bu, münasibətlərimizin yüksək etibar və etimad səviyəsində olmasına işarədir”.

 

Ekspert qeyd edib ki, bu gün də ölkələrimizə qarşı yeni təhdidlər, yeni təhlükələr və ondan yararlanmaq istəyən qüvvələr, dövlətlər var:

 

“Onlardan biri Azərbaycanın qonşuluğunda olan Ermənistan, ona dəstək verən Qərb ölkələri, eləcə də dünyanı idarə etmək istəyən ABŞ, Fransadır. Bunlar çalışırlar ki, milyonları birləşdirən cənub arealında insanlar üçün problemlər yaratsınlar. Mövcud təhdid, təhlükələrin ortaya gəlməsi təsadüfi deyil. Qərbdə bunun üzərində işlyən texnoloji institutlar var. Digər xalqlar, millətlər üçün problmlər yaratmaqla bölgələrdə öz yerlərini bərkitsinlər, maraqarını təmin etsinlər, yeni areallarda kommunikasiya, tranzit xətlərinə hakim kəsilsinlər”.

 

T.Abbasov bu baxımdan hesab edir ki, Azərbaycan, Türkiyə, Pakistan çox işlək bir konfiqurasiya yaradıblar ki, bununla da öz milli maraqlarını qoruyub saxlaya və digər istəklərini reallaşdıra bilsinlər.

 

TAHİRƏ
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Rusiyada helikopter QƏZASI

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK