Bir nüvə ölkəsi ilə strateji tərəfdaş olmaq Azərbaycana nə verir?

14:08 12-07-2024 | icon 244 | Siyasət
Bir nüvə ölkəsi ilə strateji tərəfdaş olmaq Azərbaycana nə verir?

Məhəmməd Əsədullazadə: “Azərbaycanda AES yarada və Pakistanın nüvə enerjisindən istifadə edə bilərik”

 

“Dövlət başçısı İlham Əliyevin Pakistana səfəri Pakistan-Azərbayan ikitərəfli əlaqələrinin möhkəmlənməsi və inkişafına hesablanıb. Artıq Azəbaycan Pakistanla strateji mütəfiqlik istiqamtində addımlar atır. Son 5 ildə Pakistanla yüksək səviyyədə qurulan hərbi, siyasi, texniki əlaqələrin rəsmləşdirilməsi zərurəti yaranıb”.

 

Versus.Az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə Azərbaycan-Pakistan əlaqələrinə diqqət çəkərkən bildirib.

 

M.Əsədullazadə qeyd edib ki, Azərbaycan Pakistan münasibətləri, əlaqələri bütün müstəvilərdə inkişf etdirilməlidir. Onun sözlərinə görə, Türkiyə, Azərbaycan Pakistan rəsmilərinin Şanxay Əməkdaşlq Təşkilatı çərçivəsində üçtərəfli görüşdə də üçtərəfli əlaqələrin, hərbi müttəfiqliyin qurulması razılaşdırılıb:

 

“Azərbaycan Pakistandan yeni qırıcılar ala bilər və nəzərə alaq ki, bu qırıcılar öz döyüş  motifikasiyasına görə yeni nəsil hesab olunur. Qırıcılar Azərbaycanın hərbi aviasiyasına istifadə edilə bilər. Bu qırıcılar Çin-Pakistan istehsalıdır. Azərbaycan Çinlə strateji tərəfdaşlıq haqqında bəyannamə imzaladığna görə qarşıda heç bir maneə görünmür”.

 

M.Əsədullazadə hesab edir ki, nüvə dövləti olan Pakistanın Azərbaycanla bütün sektorlar üzrə əlaqələrini inkişaf etdirməsi Azərbaycanın təhlükəsizliyini, suverenliyini gücləndirəcək:

 

“Gələcəkdə Azərbaycanda Atom Elektrik Stansiyası yarada və Pakistanın nüvə enerjisindən istifadə edə bilərik. Azərbaycanın bir nüvə ölkəsi ilə strateji tərəfdaş, müttəfiq olması Azərbaycanın yeni siyasi nizam fonunda mövqelərini kifayət qədər gücləndirəcək”.

 

PƏRİ
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK