Dördüncü "Yüksəliş" müsabiəsinin FİNALÇILARI

14:49 12-07-2024 | icon 488 | İdman
Dördüncü "Yüksəliş" müsabiəsinin FİNALÇILARI

5-7 iyulda baş tutmuş dördüncü "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsinin nəticələri açıqlanıb. Bu mərhələdə iştirak edən 315 namizəddən 118-i finala vəsiqə qazanıb. 

 

Bakıdan 74, regionlardan isə 44 nəfər final mərhələsinə keçib. Onlardan 99-u kişi, 19-u isə qadındır. Qeyd edək ki, finalçılar arasında beynəlxalq, özəl və dövlət şirkətlərində, həmçinin QHT-lərdə çalışan namizədlər yer alır.

 

Yarımfinal mərhələsində iştirakçılara 12 keys ünvanlanıb və onlar 4 fərqli komandada bu keysləri həll etməyə çalışıblar. Namizədlərin dinamik bölüşdürülməsi nəticəsində hər bir iştirakçı, iki gün ərzində 8 ekspert tərəfindən qiymətləndirilmiş oldu. Bu da öz növbəsində şəffaf dəyərləndirilmənin həyata keçirilməsinə imkan yaratdı. 

 

Qeyd edək ki, final mərhələsinə keçid üçün minimal bal 15 təyin olunub.

 

Müsabiqənin son mərhələsi olan finalda iştirakçılar 2 gün ərzində qalibiyyət uğrunda öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər. İştirakçılar ekspertlər tərəfindən “İdarəçi rollar modeli” üzrə qiymətləndiriləcəklər. Qiymətləndirmə təqdim edilən keyslər üzrə aparılacaq.



Xatırladaq ki, dördüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsi 19-21 iyul tarixlərində “Bakı Ekspo Mərkəzi”ndə baş tutacaq. 

 

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

 

Sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Rusiyada helikopter QƏZASI

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK