Müdir və müəllim işdən ÇIXARILDI

14:53 12-07-2024 | icon 388 | Təhsil
Müdir və müəllim işdən ÇIXARILDI

Sosial şəbəkələrdə tərbiyəçi-müəllimin azyaşlıya şiddət göstərməsi ilə bağlı görüntülər yayılıb. Videoda müəllimin uşağı döyərək ona “Kəs səsini. Aşağı düşsən, səni boğub öldürərəm”, deməsi əks edilib. Görüntülərdə eyni zamanda azyaşlının şiddətə qarşılıq olaraq ağlamasını da eşitmək mümkündür.

 

Hadisənin Sabunçu rayonunda 310 nömrəli uşaq bağçasında lentə alındığı qeyd edilib.

 

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, sözügedən uşaq bağçasında tərbiyəçi-müəllimin uşağa qarşı uyğunsuz davranışı ilə bağlı araşdırma aparılıb.

 

Qeyd olunub ki, təlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq tərbiyəçi-müəllim vəzifəsindən azad edilib. 

 

“Həmçinin əmək məcəlləsinin müvafiq maddəsinə əsasən 310 nömrəli uşaq bağçası müdirinin səlahiyyətlərinə xitam verilib".

 

“Məktəbəqədər təhsil müəssisələrində müvafiq məsələlərin tənzimlənməsi zamanı uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür”, - deyə məlumatda qeyd edilib. /modern.az/

 

Həmin görüntüləri təqdim edirik:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK