Böyük bir dövrün başlanğıcı - 14 iyul 1969-cu il

08:13 15-07-2024 | icon 350 | Siyasət
Böyük bir dövrün başlanğıcı - 14 iyul 1969-cu il

Kamilə Əliyeva: "O, xalqımıza qarşı haqsızlıqla mübarizə aparmış bir şəxs idi"

 

"Bu il ulu öndər Heydər Əliyevin Azərbaycana ilk dəfə hakimiyyətə gəlməsindən 55 il ötür. Müasir Azərbaycan tarixini dönüş mərhələsini təşkil edən 14 iyul 1969-cu il ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcıdır".

 

Bu fikirləri Versus.Az-a ümummilli lider Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsinin 55 illiyi ilə bağlı açıqlamasında Milli Məclisin deputatı, professor Kamilə Əliyeva detib.

 

Deputat qeyd edib ki, Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi təyin olunduğu il tarixdə Azərbaycanda yeni dövrün, respublikamızın sosial-iqtisadi həyatında inkişafın bünövrəsini qoyuldu:

 

"1969 cu ilə qədər Azərbaycan Respublikası Sovet İttifaqının respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Ulu öndər Sovet Azərbaycanına rəhbər təyin edildikdən sonra respublikada sənaye, kənd təsərrüfatı sürətlə inkişaf etməyə başladı, çətin sosial vəziyyətdə yaşayan azərbaycanlıların həyat səviyyəsi, rifahı yüksəldi. SSRİ-nin müttəfiq respublikaları arasında Azərbaycan sosial-iqtisadi cəhətdən ön sıralara yüksəldi".

 

Heydər Əliyevin unikal biliyə, qeyri adi yaddaşa malik fenomenal bir şəxsiyyət olduğunu bildirən K.Əliyeva vurğulayıb ki, dünya liderləri Heydər Əliyevin dünyanın ən güclü siyasətçilərindən biri olduğunu etiraf edirdilər:

 

"Ulu öndər eyni zamanda idarəetmənin ustadı, dünya siyasətinin kamil bilicisi, uzaqgörən siyasətçi, mahir diplomat idi. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanda milli ideologiyanın, azərbaycançılıq məfkurəsinin yaradılmasının banisi olmuşdur. Heydər Əliyev qətiyyətli, eyni zamanda Azərbaycan xalqına qarşı törədilmiş haqsızlığa, zülmə qarşı mübarizə aparmış bir şəxs idi".

 

Deputat 1990-cı il yanvarın 20-də Sovet qoşunlarının Bakı şəhəri və bir sıra rayonlarımızda azərbaycanlılara qarşı qətliam törətməsi hadisəsini xatırlamaqla, səhərisi gün 21 yanvarda həyatını təhlükə altına ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyevin hadisənin təşkilatçılarını ittiham edərək cəsarətli bəyanatla çıxış etməsindən danışıb:

 

"Dağlıq Qarabağla bağlı Sovet rəhbərliyinin ikiüzlü və riyakar siyasətinə etiraz əlaməti olaraq ulu öndər Heydər Əliyev 1991-ci ilin iyul ayında Kommunist Partiyasının sıralarını tərk etdi. 1990-cı illərin əvvəllərində Azərbaycanda ictimai-siyasi vəziyyət çox ağır durumda idi. Ölkə parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Qərbdə Azərbaycanın parçalanması üçün planlar çızılırdı. O zamanlar hakimiyyətdə olanların səriştəsizliyi Azərbaycanı ağır duruma salmışdı. Azərbaycan müstəqillik əldə etdikdən sonra AXC-Müsavat cütlüyü ölkəni çıxılmaz vəziyyətə salmışdı. Ermənistan torpaqlarımızı işğal edir, hakimiyyətdə olanlar isə ölkəni talamaqla məşğul idilər. Azərbaycan xalqı başa düşürdü ki, ölkəni bu ağır qurumdan yalnız Heydər Əliyev çıxara bilər. Xalqın haqlı tələbi ilə Heydər Əliyev Bakıya gəldi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçildi və iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Ulu öndər Heydər Əliyev Gəncədə baş vermiş silahlı üsyanın və ölkədə vətəndaş müharibəsinin qarşısını aldı. 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra güclü Azərbaycan dövlətinin təməli qoyuldu və Azərbaycan xalqını rifaha aparan yolun başlanğıcı oldu. Ölkəmiz bütün sahələrdə böyük inkişaf mərhələsinə qədəm qoydu. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti öz müstəqilliyini qorudu, dövlətçiliyin əsası qoyuldu, böyük iqtisadi islahatlara başlanıldı. Məhz Heydər Əliyevin zəkası, müdrikliyi dövləti, xalqı xoşbəxt gələcəyə aparırdı. Ulu öndər Heydər Əliyev milli dövlətçilik ənənələrini bərpa etdi.

Heydər Əliyev Prezident seçildikdən sonra bütün qüvvələri bir komandanlıq altında birləşdirdi və Azərbaycan Ordusu Füzuli istiqamətində uğurlu əməliyyatlar keçirərək rayonun bir sıra kəndlərini işğaldan azad etdi. Bundan sonra Ermənistan rəhbərliyi Azərbaycanla atəşkəs haqqında razılığa gəlməyə məcbur oldu. Heydər Əliyev Azərbaycanda güclü ordu yaradılması üçün mühüm qərarlar qəbul etdi. Ordumuzun maddi texniki bazası yeniləndi.

1994-cü ilin oktyabrında ulu öndər Heydər Əliyevin müdrik və qətiyyətli siyasəti nəticəsində Azərbaycanla 6 dövlətin 10 nəhəng neft şirkəti arasında "Əsrin müqaviləsi" olan neft kontraktları imzalandı. Bu, yeni müstəqillik əldə etmiş, Ermənistanla müharibə şəraitində olan Azərbaycan üçün böyük uğur idi. Böyük dövlətlərin nəhəng trans milli şirkətlərin Azərbaycanla neft kontraktlarını imzalamaqlarının əsas səbəbi onların Heydər Əliyev şəxsiyyətinə, böyük siyasətçi və lider olmasına inamlarından irəli gəlirdi. Bu tarixi hadisədən bir neçə il sonra Azərbaycan nefti dünya bazarına çıxarıldı və Azərbaycan iqtisadiyyatının yüksəlişi yeni inkişaf mərhələsinə qədəm qoydu. Yeni müəssisələr yaradıldı, Azərbaycan vətəndaşlarının sosial rifahı hər il yaxşılaşmağa başladı.


Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinə və xalqına göstərdiyi misilsiz xidmətlər ölçüyə gəlməzdir. Əsrlər ötəcək Azərbaycan dövləti əbədi yaşayacaq və xalqımız ulu öndər Heydər Əliyevi yad edəcək və xatirəsini hər zaman uca tutacaq".

 

TAHİRƏ
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Rusiyada helikopter QƏZASI

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK