QHT-lər üçün QRANT MÜSABİQƏSİ

14:05 15-07-2024 | icon 275 | Cəmiyyət
QHT-lər üçün QRANT MÜSABİQƏSİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birgə QHT-lər üçün “COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsini elan edib.

 

Versus.Az xəbər verir ki, müsabiqə üzrə sənədlərin qəbuluna iyulun 16-dan başlanacaq və müraciət üçün son tarix 16 avqustdur.

 

Bundan sonra QHT-lərdən toplanmış sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək. Təqdim olunan layihələr qlobal iqlim dəyişmələri mövzusuna uyğun olmalıdır.

 

Maksimum qrant məbləğləri Orta Qrant Müsabiqəsi (OQM) üzrə 30 000 manat, Böyük Qrant Müsabiqəsi (BQM) üzrə 50 000 manatdır.

 

Qrant müsabiqəsində QHT-lər yalnız koalisiya şəkildə iştirak edə bilər. Koalisiya minimum “1 yerli QHT + 1 xarici QHT” formatına uyğun gəlməlidir. Koalisiyada əsas icraçı yalnız yerli QHT olmalıdır.

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrində qalib olan və öhdəliyi 16 avqust 2024-cü il tarixinə qədər tamamlanmayan QHT-lər koalisiyada əsas icraçı ola bilməz. 1 QHT yalnız 1 koalisiyada təmsil oluna bilər.

 

Müsabiqədə üstünlük verilən meyarlar aşağıdakılardır:

 

• Əsas icraçı QHT-nin özünün və ya koalisiyada xarici tərəfdaş qismində iştirak edən təşkilatın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransında (COP) müşahidəçi statusa (observer status) malik olması və əvvəlki COP-lar, eləcə də iqlim dəyişmələri məsələləri ilə bağlı beynəlxalq təcrübəsinin olması;

• Xarici tərəfdaş qismində iştirak edən UNFCCC müşahidəçi statusa malik təşkilatın inkişaf etməkdə olan dövlətlərdən (İEOÖ-dən), xüsusilə ən az inkişaf etmiş dövlətlərdən, inkişaf etməkdə olan kiçik ada dövlətlərindən olması;

• Təqdim olunan layihə ilə bağlı koalisiyada təmsil olunan xarici tərəfdaşdan dəstək məktubunun olması.

 

Məzmunu Azərbaycan Konstitusiyası, Azərbaycan qanunları və digər normativ hüquqi aktları və Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli 327 və 328 nömrəli Qərarları ilə ziddiyyət təşkil edən layihələr, əvvəllər keçirilən müsabiqələrin nəticələrinə görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş eyni məzmunlu layihələr, qrant müqaviləsi üzrə öhdəliklərini pozduğuna görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən müsabiqədə iştirak hüququndan məhrum edilmiş və eləcə də Agentlik qarşısında debütor borcu olan QHT-lərin layihələri müsabiqəyə buraxılmır.

 

Əsas icraçı QHT layihəni Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin saytında (https://ngoagency.gov.az/az) xüsusi bölmə vasitəsilə elektron qaydada təqdim etməlidir (müvafiq bölmə 2024-cü il 16 iyul-16 avqust tarixlərində Agentliyin saytında aktiv olacaq). Şəxsən, poçtla və ya e-poçt vasitəsilə təqdim olunan layihə təkliflərinə dair sənədlər qəbul olunmayacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qarşımızda yeni hədəflər, yeni çağırışlar var”

Qənirə Paşayevasız 1 il...

“Mən bilirəm nə zaman necə nə etmək lazımdır” kəlamının doğurduğu REALLIQ

“Qənirə Paşayeva - İTHAF” - SƏRGİ

Siyasətçilərin də axışdıqları Vudu bazarı

UEFA "Barselona" klubunu cəzalandırdı

Planetin xəritəsi YENİLƏNİR?

Bir şəklin TARİXÇƏSİ

Üçüncü dünya müharibəsi Yaxın Şərqdən başlayacaq?

Yer kürəsinin yeni təbii peyki olacaq

Torpaqların kateqoriyaları ilə bağlı qaydalar TƏSDİQLƏNDİ

Qalmaqallı binanı alan olmadı

Dumada qəribə qanun layihəsi

Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi

Suverenliyimiz və ərazi bütövlüyümüz belə bərpa edildi