“Metafizika” jurnalı ERİH PLUS beynəlxalq xülasələndirmə və indeksləmə sistemində

20:26 15-07-2024 | icon 807 | KİV
“Metafizika” jurnalı ERİH PLUS beynəlxalq xülasələndirmə və indeksləmə sistemində

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan “Metafizika” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalı (https://metafizikajurnali.az) 2018-ci ildən nəşr edilir.

 

Versus.Az xəbər verir ki, bir sıra beynəlxalq elektron bazalara (https://elibrary.ru; copernicus; www.academia.edu və d.) daxil olan və altı dildə (Azərbaycan, rus, ingilis, türk, ərəb və fars) məqalələrin yer aldığı jurnalın redaksiya heyətində yerli ziyalılarımızla yanaşı ABŞ, Vatikan, Türkiyə, Rusiya, İran, Əfqanıstan, Çin, Qazaxstan, Misir, Gürcüstan, Polşa, Özbəkistan, Ukrayna alimləri təmsil olunur (baş redaktor: fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Ələddin Məlikov).

 

İldə dörd dəfə nəşr edilən jurnalda ictimai, humanitar və sosial elmlərin (fəlsəfə, sosiologiya, psixologiya, tarix, arxeologiya, antropologiya, filologiya, pedaqogika, hüquq, siyasi elmlər, iqtisadiyyat, memarlıq, sənətşünaslıq və d.) müxtəlif istiqamətləri üzrə “orcid” indeksinə malik olan alimlərin və tələbələrin məqalələri nəşr edilir. Məqalə və ya əlyazmalar “ikili rəy” metoduna, həmçinin xarici alimlərin rəylərinə əsasən dəyərləndirilir.

 

Jurnalın bu il nəşr edilən ikinci sayında Cavanşir Yusiflinin “Ədəbi-filoloji hermenevtika bədii mətndə mənalarının interpretasiya texnikasi kimi” (Azərbaycan dilində), Zəfər Nəcəfovun “Hərbi münaqişələrə dair nəzəri baxışların təkamülü (Azərbaycan dilində), Nərgiz Nağıyevanın “Beynəlxalq münasibətlər diskursunda postkolonializm” (Azərbaycan dilində), Tərlan Seyfullayevin “İrəvanın hədis raviləri” (Azərbaycan dilində), Nərminə Qasımovanın “Multikulturalizm müasir cəmiyyətin siyasi-mədəni inkişafinin əsas fəlsəfi doktrinası kimi” (ingilis dilində), Nicat Yəhyayevin ““Haqqun-nas” və onun ictimai təsirləri” (Azərbaycan dilində), Habil Zeyniyev və Sənubər Qasımovanın “«Azneft» İdarəsinin 1926-cı ilə aid kağız pul nişanları haqqında”” (rus dilində), Seyed Mohammad Cun Abedinin  “Varlığın vəhdətinin (vəhdətül-vücud) hikməti-mütəaliyədə (Molla Sədranın transsendental fəlsəfəsi) və Advayta-vedanta Şankara fəlsəfəsində müqayisəli təhlili” (Azərbaycan dilində), Orxan Məmmədov və Əbülfəzl Kiyaşimşəkinin “Xristianlıq və İslamda Dəccal inancının oxşar və fərqli cəhətləri” (fars dilində), Tural Qasımov və Elman Nəsirovun “Siyasi elitanın mahiyyətinə konseptual yanaşmalar” (Azərbaycan dilində) adlı məqalələri və Lalə Əliquliyevanın “Sağlamlıq və sənətkarlıq ocağı Şuşa” kitabı haqqında dəyərləndirmə” (Azərbaycan dilində) resenziyası işıq üzü görmüşdür.

 

Məqalələr jurnalın elektron səhifəsində yüklənilmişdir: https://metafizikajurnali.az/az/arxiv/113.
“Metafizika” jurnalı hazırkı ildən ERİH PLUS (European Journal of Management Issues) beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə (bazasına) daxil edilib. Bu barədə məlumatlar həm ERİH PLUS, həm də AAK-ın elektron səhifəsində əks edilib:

 

https://kanalregister.hkdir.no/publiseringskanaler/erihplus/search.action;jsessionid=pjrnWQwjvgReC0mz5Oiz5Zkt.undefined?xs=2616-6879&tv=true.



Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Rusiyada helikopter QƏZASI

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK