Qan tökməkdənsə, qanvermə aksiyasında işitirak SAVABDIR

11:19 16-07-2024 | icon 294 | Cəmiyyət
Qan tökməkdənsə, qanvermə aksiyasında işitirak SAVABDIR

Atif İsmayılov: “Zəncir vurmaqla qan tökməyin bu hadisənin mahiyyətinə heç bir aidiyyatı yoxdur”

 

“Aşura xalqımızın yaddaşına hüzn kimi həkk olunub və Kərbala şəhidləri, başda imam Hüseyn (ə) yad olunur. Bu günlərdə ən çox diqqət edilməli olan məsələ bu hadisənin mahiyyətinin düzgün anladılmasıdır. Aşura gününü insanlığı, şəhidliyi, haqq və ədalət naminə mübarizə kimi dəyərləndirməklə, insanlarda maarifləndirmə işləri aparılmalıdır”.

 

Versus.Az xəbər verir ki, bunu ilahiyyatçı alim Atif İsmayılov Aşura günü ilə bağlı açıqlamasında bildirib.

 

 

O, öncə bütün müsəlmanlara, o cümlədən Azərbaycan xalqına baş sağlığı verib, eyni zamanda şəhidlik zirvəsinə qalxan bütün şəhidlərimizi anaraq onların ailələrinə dərin hüzünlə baş sağlığı, torpaqlarımızın ərazi bütövlüyü təmin edən bütün qazilərimizə şəfa diləyib.

 

A.İsmayılov bildirib ki, günün mahiyyətini düzgün dərk etmək özünü zəncirlə vurmaqla qan tökmək deyil, qanvermə aksiyasında iştirak etməklə savab qazanılacağını insanlara təbliğ etmək lazımdır. Onun szölərinə görə, bu kimi xeyr işlərə kölgə salan bütün digər işlər məqsədə uyğun deyil:

 

“Zəncir vurmaqla qan tökməyin bu hadisənin mahiyyətinə heç bir aidiyyatı yoxdur. Amma xalqımız bu hadisəni hüznlə bərabər, sinə vurub, mərsiyələr deməklə də qeyd edib. Bu əsrlər boyu yaddaşlarımızda belə həkk olunub”.

 

Belə mərasimlərdə körpə uşaqların iştirakına gəlincə, o, bunu valideynlərin özlərindən asılı olduğunu deyib:

 

“Bunu hansısa qanunla və yaxud qadağalar tətbiq etməklə aradan qaldırmaq mümkün deyil. Mən inanmıram ki, ölkəmizdə Aşura günü qan tökmək, zəncir vurmaq bu kimi hadisələr müşayət edilməsin. Hər bir valideynin öz övladını zor-güc tətbiq edərək həmin yerlərə aparmasını da müşayət etməmişik. Qədimdən ta bu vaxta qədər hər zaman bizim böyüklərimiz qeyd ediblər ki, Aşura günü uşaq ikən məscidlərdə və digər yerlərdə olan təğəziyyə məclislərində iştirak ediblər. Bu məsələnin öz-özlüyündə heç bir narahatçılıq yaratdığını qeyd etməyiblər. Əksinə, bunun uşaqların milli-mənəvi ruhda böyüməsinə böyük təsir bağışlanmasını qeyd ediblər. Bildiriblər ki, bu, uşaqların körpə vaxtında yad əqidələrin təsirindən və pis vərdişlərindən qorunması üçün zəmin yaradıb. Amma məclislərdə iştirakın uşaqlarda hansısa mənfi bir təsiri olarsa, bu, dində bəyənilməyən iş hesab olunur”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK