Qəbul yerləri ARTIRILDI

13:21 16-07-2024 | icon 507 | Təhsil
Qəbul yerləri ARTIRILDI

Bu ixtisaslarda rəqabət güclü olacaq...

 

Qəbul imtahanları artıq tamamilə yekunlaşıb. Bir neçə gündən sonra ikinci cəhd imtahanın nəticələri açıqlanacaq. Artıq abituriyentlər ixtisas seçimi barədə düşünməyə başlayıblar. İxtisas seçiminin gələn ay başlayacağı gözlənilir. İlkin gözləntilər bu il abituriyentlər arasında qızğın rəqabət olacağını deməyə əsas verir.

 

Versus.Az Modern.az-a istinadən mövzu ilə bağlı təhsil ekspertləri arasında sorğunu təqdim edir.

 

Rizvan Fikrətoğlu qeyd edib ki, qəbul imtahanları artıq tamamilə yekunlaşıb:

 

“Yeri gəlmişkən, vurğulayım ki, II və III ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci cəhdinin nəticələri növbəti həftənin əvvəllərində açıqlanması nəzərdə tutulur.Bu il mənzərə belə oldu ki, asandan çətinə doğru addım atıldı. Əvvəlcə buraxılış imtahanlarında heç vaxt görmədiyimiz 53 abituriyentin maksimum nəticəsini, xeyli yüksək balları gördük. Daha sonra qəbul imtahanlarının II cəhdində, I cəhdə nisbətən fənlərdə müəyyən qədər çətinlik səviyyəsinin şahidi olduq. Növbəti mərhələdə plan yerlərini, ixtisas kodlarını və ixtisasların ödənişlərini özündə əks edən “Abituriyent 4” jurnalını və toplanılmış ballar üzrə statistika jurnallarını gözləyirik. Bu mərhələdən sonra konkret danışmaq daha asan olacaq. Ümumilikdə, I cəhdin nəticələrinə əsaslansaq, yüksək bal toplayanların sayı kifayət qədərdir. Bu da ona əsas verir ki, prestiji universitetlərdə və ixtisaslarda keçid ballarında az da olsa artım gözlənilə bilər. Amma bütün bunlar təşvişə səbəb ola bilməz. Çünki plan yerlərində artımlar var”.

 

Elçin Muradın sözlərinə görə, bu il və keçən il arasında qəbul üzrə fərq çox olacaq:

 

“Buraxılış imtahanları asan keçirilmişdi. Abituriyentlöərin 53 nəfəri maksimum bal topladı. Bu da ötən ilə nisbətən keçid balı aşağı olan ixtisaslarda yüksək rəqabətə səbəb olacaq. Bu balans pozulmasının qarşısını almaq üçün blok imtahanları çətinləşdirildi. Bütün gözləntilər ikinci cəhd imtahanının daha asan olması yönündə idi. Amma bu imtahan hətta birincidən də çətin oldu. Ona görə də buraxılış imtahanlarının asan olması və bir çox abituriyentin yüksək nəticə əldə etməsi V qrup ixtisaslarında yüksək rəqabətə səbəb olacaq. Digər qruplarda rəqabət nisbətən artacaq. Bu il aşağı ballı ixtisaslarda güclü rəqabət gözlənilmir. Amma yüksək ballı ixtisaslarda güclü rəqabətin olacağı gözlənilir. Ötən il hüquqşünaslıq ixtisasında keçid balı 570 idisə, bu il 600-ə qalxacaq. Bu il qəribə vəziyyət yaşanacaq. Kimlər ixtisas seçimində düzgün istiqamətləndirilməsə, kənarda qalacaq”.

 

Elnur Aydın isə bildirib ki, hər bir ixtisasın keçid ballarının formalaşmasına hər bir ixtisasın abituriyentlər tərəfindən nə qədər seçilməsi, seçim zamanı ixtisasın seçim siyahısı sırasında əvvəldə və ya sonda seçilməsi, ixtisas üzrə abituriyentlərin topladığı bal və digər amillər təsir edə bilir:

 

"Xankəndi şəhərində fəaliyyət Qarabağ Universitetinə qəbul planı təklif edilən ixtisasların sayına təsir edir, yəni artırır. Qəbul planında ixtisaslar üzrə sayə artımı abituriyentlərin qəbul imkanlarına yaxşı imkan və fürsətlər yaradacaq. Bəzi ixtisaslar üzrə hər il olduğu kimi güclü rəqabət mövcuddur. Bu rəqabətdə ən yaxşı olan abituriyentlər qalib olub, yüksək bal tələb edən ixtisaslara qəbul olacaqlar. Bu rəqabət hər il olduğu kimi bu il də gözlənilir. Ötən illə bu ilin qəbul imtahanlarını müqayisəsini aparsaq ixtisas balları rəqabətliliyi yüksək olan ixtisaslarda  artması, ixtisas seçimi bol olan, aşağı bal tələb edən ixtisaslarda keçid ballarının düşməsi ehtimal olunur. İstənilən halda abituriyentlərin biliyi, marağı, qabiliyyəti ixtisas seçimində nəzərə alınmalıdır.Yalnız düzgün seçilmiş ixtisas abituriyenti uğurlu ali təhsilə və uğurlu karyera istiqamətinə apara bilər”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK