İlham Əliyev və Paşinyan Britaniyada görüşəcək?

11:45 17-07-2024 | icon 701 | Gündəm
İlham Əliyev və Paşinyan Britaniyada görüşəcək?

İyulun 18-də Böyük Britaniyada Avropa Siyasi Birliyinin 4-cü sammiti keçiriləcək.

 

Versus.az xəbər verir ki, sammitə Avropa İttifaqının (Aİ) üzvləri, Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan daxil olmaqla 50-yə yaxın ölkənin liderləri dəvət edilib.

 

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer Vudstok şəhərindəki Blenheim sarayında 50-yə yaxın ölkənin liderlərini qəbul edəcək. Avropa Siyasi Birliyinin Sammitində müzakirə olunacaq əsas məsələlər Ukraynada baş verən hadisələr və qeyri-qanuni miqrasiyadır. Sammit çərçivəsində tematik müzakirələr də nəzərdə tutulub.

 

Məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin də sammitdə iştirak etməsi gözlənilir. Dövlətimizin başçısı Avropa Siyasi Birliyinin Çexiya və Moldovada keçirilən sammitində iştirak edib. Azərbaycan Fransanın təxribatçı mövqeyinə görə  İspaniyada keçirilən sammitdə iştirak etməkdən imtina edib.

 

Ermənistan Baş naziri Nikol Paşinyan artıq Britaniyaya yola düşüb. Gürcüstanın Baş naziri İrakli Kobaxidze də sammitdə iştirak edəcək. 

 

Qeyd edək ki, Çexiya və Moldovada keçirilən sammit çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında görüşlər keçirilib. Britaniyadakı sammitdə İlham Əliyev və Paşinyanın görüşüb-görüşməyəcəyi hələlik məlum deyil.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Rusiyada helikopter QƏZASI

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK