YAP-ın deputatlığa NAMİZƏDLƏRİ

12:11 17-07-2024 | icon 285 | Siyasət
YAP-ın deputatlığa NAMİZƏDLƏRİ

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin bugünkü iclasında hakim siyasi qurumun deputatlığa namizədlərinin adları müəyyən edilib.



Artıq siyahı ilə bağlı ilkin açıqlamalar da verilib.

 

Versus.az xəbər verir ki, YAP İdarə Heyətinin bəzi üzvləri mətbuata açıqlamarında adlar da çəkiblər.

Məlum olub ki, Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Milli Məclisin keçmiş sədri Oqtay Əsədov, Şüyxülislam Allahşükür Paşazadənin qudasının oğlu Əliabbas Salahzadənin adı YAP-ın namizədlər siyahısına salınmayıb. Qeyd edək ki, onlar fəaliyyətini yenicə başa vuran VI çağırış Milli Məclisin üzvü olublar.

 

VI çağırış Milli Məclisin üzvləri - köhnə deputatlar Eldar İbrahimov, Siyavuş Novruzov, Rəşad Mahmudov, Musa Quliyev isə YAP-ın siyahısına salınıb.



Əli Əhmədov, Mübariz Qurbanlı, Səyyad Aran, Eyvaz Qurbanov, Heydər Əsədov kimi veteran YAP-çılar da siyahıya salınıb.

 

Musa Quliyev iclasdan sonra bildirib ki, siyahı bu gün dərc olunacaq:

 

“Hamısı uğurlu namizəddir. Partiyamızın sədrinə hamımız minnətdarlığımızı bildirdik, etimadı doğruldacağımıza söz verdik. Çalışacağıq ki, xalqımızla bir yerdə növbəti 5 ildə də ölkəmizi, qanunverici hakimiyyətimiz daha da inkişaf etdirək, xalqımızın etimadını doğruldaq”. 

 

O, siyahıda xeyli dəqyilşiklik olduğunu deyib:

 

“Siyahıda gənclər və xanımlar da var, veteranlar da qayıdır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK