Yuxu problemi olanlar üçün TƏKLİF

10:17 18-07-2024 | icon 603 | Maraqlı
Yuxu problemi olanlar üçün TƏKLİF

Qısa müddət ərzində yüngül idmanla məşğul olmaq yuxunu 30 dəqiqəyə qədər uzada bilər. Axşam saatlarında idmanla məşğul olmaq gecə daha yaxşı yatmağa kömək edir, həmçinin yaşlı insanlarda diabet və ürək xəstəliyi riskini azaldır.

 

Bununla bağlı tədqiqatlar uzun müddət oturmağın və yuxusuzluğun ürək xəstəliyi, diabet və ölüm riskini artırdığını müəyyən edib. Ancaq yatmazdan əvvəl uzun müddət ağır şəkildə idman etmək tövsiyə olunmur, çünki bu, bədən istiliyini və nəbzini artıraraq yuxu keyfiyyətini azalda bilər.

 

“BMJ Open Sport & Exercise Medicine” elmi jurnalında dərc edilən yeni araşdırma, axşam saatlarında qısamüddətli yüngül məşqlərin yuxunu 30 dəqiqəyə qədər uzada biləcəyini müəyyənləşdirib. Tədqiqatda təxminən 30 iştirakçı fasilələrlə 4 saatlıq iki uzun oturma seansını tamamlayıb. Oturma seansları hər yarım saatda üç dəqiqəlik hərəkət fasiləsi ilə kəsilib. Hərəkət fasilələri üç məşqdən ibarət olub: ayaqları yuxarı qaldırmaq, ayaq üstə dizləri çəkmək və ayaqları düz irəli uzatmaq. Araşdırmanın müəlliflərindən Meredit Peddi bunu belə izah edib: “Bu sadə bədən çəkisi məşqləri ona görə seçilib ki, onlar avadanlıq və böyük yer tələb etmir”.

 

Tədqiqatın aparıcı müəllifi Cennifer Qeyl bildirib:

 

“Biz müşahidə etdik ki, iştirakçılar məşq fasilələrini tamamladıqdan sonra 30 dəqiqə daha çox yatıblar. Bilirik ki, bir çoxumuz üçün ən uzun fasiləsiz oturma müddəti axşam evdəykən olur. Əvvəlki araşdırmalarımızda yeməkdən sonra hər 30 dəqiqədən bir ayağa qalxmağın və bir neçə dəqiqə idman etməyin müsbət keyfiyyətlərini aşkarladıq. Ancaq bir çox yuxu qaydası yatmazdan əvvəl bir neçə saat ərzində uzun və gərgin məşqi tövsiyə etmir. Buna görə də, axşam saatlarında çox qısa, yüngül hərəkətlər edilsə nə olacağını görmək istədik. Bundan başqa, evin ətrafında gəzməklə də oxşar effekt əldə etmək mümkündür. Hətta zalda rəqs etmək də faydalı ola bilər. Ən vacib şey, müntəzəm olaraq stuldan qalxmaq və bədəni hərəkət etdirməkdir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Rusiyada helikopter QƏZASI

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK