Siyasilərdən kim hansı dairədən namizəd olacaq?

10:41 18-07-2024 | icon 473 | Siyasət
Siyasilərdən kim hansı dairədən namizəd olacaq?

Sentyabr ayının 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Qeydiyyatda olan 26 siyasi partiyanın əksəriyyəti seçkilərdə ştirak etmək barədə qərar qəbul edib.

 

Versus.az məlumatına görə, bəzi partiya liderləri seçkidə iştirak etməsələr də, təşkilatın digər üzvləri namizəd kimi irəli sürülüb.

 

Hakim Yeni Azərbaycan Partiyası (YAP) bu gün 125 seçki dairəsi üzrə namizədini açıqlayıb. Partiyanın rəhbər strukturunda təmsil olunan Əli Əhmədov 25 saylı Nizami ikinci seçki dairəsindən namizəd olacaq.

 

VI çağırış parlamentdə 3 deputatla təmsil olunan Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı bu seçkidə namizədliyini irəli sürməyəcək. Onun seçildiyi dairədən həyat yoldaşı Tənzilə Rüstəmxanlının namizədliyi irəli sürülüb.

 

“Ana Vətən” Partiyasının (AVP) sədri Fəzail Ağamalı da seçkilərdə namizəd olmayacaq. Onun əvəzinə həmin dairədən qızı Günay Ağamalı namizədliyini irəli sürəcək.

 

Müsavat Partiyasının sədri İsa Qəmbər də seçkidə iştirak etməyəcəyini bəyan edib. “Mən bu dəfə namizədliyimi irəli sürməyəcəyəm, Müsavat Partiyasının seçkilərdə iştirakına ümumi rəhbərlik edəcəyəm və namizədlərimizə dəstək verəcəm”, - o deyib.

 

Ağ Partiyasının (AğP) sədri Tural Abbaslı isə 21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən namizədliyini irəli sürüb. Onun bu dairədə əsas rəqibi hakim partiyanın deputatı Məlahət İbrahimqızı olacaq.

 

Azərbaycan Ümid Partiyasının (ÜMİD) sədri İqbal Ağazadə də seçkidə iştirak etməyən liderlər arasındadır. O qeyd edib ki, rəhbərlik etdiyi partiyanın İdarə Heyəti namizədlərin siyahısını hazırlayıb müvafiq qaydada təqdim etsə də, onun bu dəfə keçiriləcək seçkilərdə iştirak etməsinə ehtiyac görməyib.

 

Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) sədri Elşən Musayev 116 saylı Qəbələ seçki dairəsindən namizəd olacaq. Bu barədə o, Modern.az-a açıqlamasında məlumat verib.

 

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) seçkilərdə iştirak etməmək barədə qərar qəbul edib.

 

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn 68 saylı Sabirabad-Şirvan seçki dairəsindən namizəd olacaq. Qeyd edək ki, YAP bu dairədən Kamal Cəfərovun namizədliyini irəli sürüb.

 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə 27 saylı Sabunçu II seçki dairəsindən namizədliyimi irəli sürüb. “Partiyadan 12 namizəd dairələrə müraciət edib. Onlardan imza vərəqələri alanlar var. İki nəfər isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. Faktiki olaraq 14 namizədimiz var".

 

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu 3 saylı Şahbuz-Babək-Kəngərli seçki dairəsindən namizədliyini irəli sürüb: "Lazımi sənədləri təqdim etmişəm. İmza vərəqələrini gözləyirik".
 

 

Müasir Musavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev isə növbədənkənar parlament seçkilərində iştirak etmək niyyətində olmadığını bildirib:

“Seçkiyə hazırlıq çərçivəsində partiyadan 11 nəfərin namizədliyi irəli sürülüb. Onlardan bir neçəsinin sənədləri hazırlanaraq, müvafiq qaydada dairə seçki komissiyalarına təqdim olunub. Mən özüm isə seçkidə iştirak etmək niyyətində deyiləm”.

 

Böyük Quruluş Partiyasının (BQP)sədri Fazil Musatafa artıq sənədlərini müvafiq seçki komissiyasına təqdi  edib. O, 26 saylı Birinci Sabunçu seçki dairəsindən namizədliyini irəli sürəcəyini bəyan edib:

"İimza vərəqlərini digər zəruri sənədlərlə birgə dairə seçki komissiyasına təhvil verdim. Məmləkətimizə, dövlətimizə, partiyamıza və vətəndaşlarımıza xidmətin yeni mərhələsinə qədəm qoyuruq”.

 

Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə namizədliyini 22 saylı Nəsimi-Yasamal Seçki Dairəsindən irəli sürüb.

 

Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri Qüdrət Həsənquliyevin namizədliyi 36 saylı Xətai-Suraxanı Seçki Dairəsindən irəli sürüb.


Böyük Azərbaycan Partiyası (BAP) da seçkilərdə iştirak etmək barədə qərar qəbul edib. Sonuncu prezident seçkilərində namizəd olan partiya sədri Elşad Musayev 10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizədliyini irəli sürəcəyini bildirib.

 

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) lideri Mirhahmud Mirəlioğlu isə saytımıza açıqlamasında 43 saylı Sumqayıt İkinci seçki dairəsindən namizədliyimi irəli sürdüyünü söyləyib.

 

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev seçkidə iştirak etmək niyyətindədir. “Növbədənkənar parlament seçkilərində həm mən, həm də partiyamız fəal iştirak etməyi planlaşdırır. Hələlik siyahı üzrə 11 nəfərin namizədliyi müəyyən olunub. Özüm də seçkilərə qatılmaqla bağlı qərar vermişəm”, - o, mətbuata açıqlamasında bildirib.

 

Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev isə yenidən İmişli seçki dairəsindən namizədliyini irəli sürəcəyini bildirib.


Respublikaçı Alternativ (REAL) Partiyası hələlik 13 namizədlə iştirak edəcəyini bəyan edib. Partiyanın sədri İlqar Məmmədov 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən namizədliyini irəli sürüb.

 

Haqq Ədalət Partiyası (HƏP) seçkilərdə 9 namizədlə iştirak edəcək. Partiyanın sədri, sabiq səhiyyə naziri Əli İnsanov namizəd olmayacaq.
 

Azad Vətən Partiyasının (AZAD VƏTƏN) sədri Akif Nağı isə namizədliyini 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən irəli sürüb.

 


Gələcək Azərbaycan Partiyası (GAP), Yeni Zaman Partiyası (YZP) və Ədalət Partiyası seçkilərdə iştirak etməklə bağlı qərar veriblər.

 

Partiya sədrləri GAP sədri Ağasif Şakiroğlu və YZP sədri Musa Ağayevin hələlik hansı dairədən namizəd olacağı məlum deyil. Ədalət Partiyasının sədri İlyas İsmayılovun seçkidə iştirak edib-etməyəcəyi məlum deyil.
 


Vəhdət Partiyasının (VP) sədri Tahir Kərimli isə seçki ilə bağlı hələlik qərarını verməyib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...